Bakıda bu avtobuslarda kondisioner problemi var - AYNA XƏBƏRDARLIQ ETDİ

Bakıda 67 nömrəli avtobusla bağlı şikayətlər artmaqdadır. Sərnişinlər bildirirlər ki, bu avtobuslarda havalandırma, kondisioner işləmir. Bu isə yay ayları üçün sakinlərə çətinlik törədir.
Bununla bağlı tədbir görülürmü?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib. Sorğuya cavab olaraq bildirildi ki, 67 nömrəli marşrutda “Daewoo BS90” markalı avtobuslar istismar edildiyindən bu avtobuslarda kondisioner yoxdur.
"AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Sözügedən marşrut xəttinin daşıyıcısına da avtobusların yenilənməsi barədə xəbərdarlıq edilib. Eyni zamanda qeyd edək ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. Marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır", - deyə AYNA-nın cavabında deyilir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










