Bakıda direktor məktəbin həyətində işçilərə avtomobil yudurdur - FOTO - VİDEO

Hər iki avtomobil yuyulur, avtoyuma məntəqəsində yox, Bakıdakı orta məktəblərdən birnin həyətində, özü də qadınlar tərəfindən...
Avtosfer.az xəbər verir ki, iddialara görə, 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur. Baxmayaraq ki, normativlərə əsasən, məktəb ərazisinə nəqliyyat vasitələrinin girişi tamamilə qadağandır.
Sosial şəbəkələrdə geniş yayılan bu fotoşəkil geniş auditoriraya tərfindən sərt tənqid olunub. Məsələnin aktuallağını nəzərə alıb yolumuzu 240 saylı orta məktəbdən saldıq.
Məktəbin direktoru Esmira Məmmədova bildirib ki, 240 saylı orta məktəbdə DİM - keçirəcəyi imtahana hazırlıq ərəfəsində təhsil ocağında təmizlik işləri aparılırmış. Avtomobillərin də yağışdan sonra toz içində olduğunu görüb onu da yumağa başlayıblar. Bununla bağlı nə direktor, nə də direktor müavini tərəfindən işçilərə heç bir tapşırıq verilməyib.
Məktəbin direktoru qeyd edib ki, şəkil çəkən şəxsi tanıyırlar. Esmira Məmmədova baş verən hadisə ilə başlı Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə çağrılıbı və izahatı alınıb.
Daha ətraflı videomaterialda.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










