Bakıda hər yağışdan sonra palçıq ƏMƏLƏ GƏLİR - Qurum qazmaq üçün ...

Sakinlər Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yolun vəziyyətindən şikayətçidirlər.
Onların sözlərinə görə, sözügedən ərazidə yol qazılaraq su borusu düzəldildikdən sonra hər yağış yağdıqda palçıq yaranır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında Binəqədi Rayon Sukanal İdarəsinin nümayəndəsi Malik Həsənov bildirib ki, sözügedən ərazidə olan problem su sızıntısının olması ilə əlaqədardır:
"Ərazidə hazırda su sızıntısı var. Yolun qazılaraq təmir işlərinə başlanılması üçün "Azəravtoyol" ASC-yə müraciət edilib. Onların icazəsi olmadan biz qazıntı işini apara bilmirik. Ərazidə qazıntı işinin aparılmasına sabah gün ərzində icazə veriləcək. "Azəravtoyol" ASC-dən icazə verildikdən sonra su sızıntısının qarşısı alınacaq, əraziyə çınqıl, qum örtüyü döşənəcək. Daha sonra yola asfalt qatının çəkilməsi üçün "Azəravtoyol" ASC-yə müraciət ediləcək".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











