Bakıda köhnə avtobuslar YENİLƏRİ İLƏ ƏVƏZ OLUNACAQ - Yanvarın 1-dən qüvvəyə minir

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu azadolma yerli avtobus istehsalına gətirib çıxaracaq:
“Nəzərə alsaq ki, Azərbaycan yaşıl iqtisadiyyat prinsipinə uyğun olaraq avtobuslar istehsal etmək niyyətindədir və paralel olaraq da bununla bağlı dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb. O zaman yeni vergi güzəştləri həmin avtobusların xərclərinin azalmasına gətirib çıxaracaq”.
Deputatın sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu güzəştlər bir tərəfdən də avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq: “Nəticə etibarı ilə ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin artmasını müşahidə edəcəyik. Bu güzəştlər eyni zamanda ictimai nəqliyyatda yeni qaydaların tətbiqinə imkan verəcək. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün yeni imkanlar deməkdir ”
Qeyd edək ki, yeni vergi güzşətləri 1 yanvar 2025-ci ildən qüvvəyə minəcək.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











