Bakıda küçəni maşınla keçməyə ehtiyat edən sakinlər – VİDEO

Bakının Buzovna və Maştağa qəsəbələrini su basıb.
Avtosfer.az xəbər verir ki, hər iki qəsəbənin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından şikayətçidirlər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildiriblər.
“Hər dəfə yağış yağanda küçələri su basır. Küçəni maşınla keçməyə ehtiyat edirik. Hətta bəzi maşınlar suyun dərinliyindən ehtiyat edib geri qayıdır. Vallah, aidiyyəti qurumlara demişik, baxan yoxdur. Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram”, - vətəndaşlar bildirib.
Sakinlərdən biri deyib ki, yağış suları səbəbindən evinə 15 min manat ziyan dəyib:
“Evimiz təzə təmirdən çıxıb. 15 min mənə, 20 min manat xalamgilə ziyan dəyib”.
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağış qurunt sularının qalxmasına, subasma dinamikasının artmasına səbəb olub. Hazırda suların çəkilməsi istiqamətində işlər aparılır. Xəzər Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamada deyilib ki, problemə səbəb mövcud ərazidə kanalizasiya sistemi olmamasıdır.
Ətraflı videomaterialda:
“Xəzər TV"
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











