Bakıda küçəyə zəhərli kimyəvi TULLANTI AXIDILIR? – AÇIQLAMA - VİDEO

Bakının Nizami rayonu, Marat Əmirxanov küçəsinə zəhərli kimyəvi tullantıların axıdıldığı iddia edilir. Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, tullantıların kəskin qoxus onları çətin vəziyyətə salıb. Onlar bu vəziyyətin 2 aydan çoxdur ki, davam etdiyini bildirilər.
Sakinlər sözügedən kimyəvi tullantıların axıdıldığı ehtimal edilən zavoda da müraciət ediblər. Müəssisədən isə bildirilib ki, həmin çirkabın axdığı boru həmin zavodun balansında deyil.
Problemlə bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, zavodun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni çirkab suların təmizlənməsi qurğusu istismara verildikdən sonra ərazidə köhnə analoji qurğuların istismarı dayandırılıb.
“Bu qurğuların arasında olan əlaqələndirici boru xətləri sistemdən təcrid olunub. Lakin bu borulara əhali və kənar istehsalatlar tərəfindən kanalizasiya xətlərinin qoşulması həyata keçirilib. Məhz bu borulardan Bakı şəhəri, Nizami rayonu, Marat Əmirxanov küçəsi 25 ünvanında naməlum su sızmaları müşahidə olunur. Sözügedən sızmaların mənbəyinin müəyyən olunması üçün müvafiq dövlət qurumları ilə birlikdə araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.
Ətraflı videomaterialda.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











