Bakıda pullu qulaqsındırma xidməti - Gənclər niyə özünü şikəst edir? - QİYMƏTLƏR

Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur. Gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib. Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaq qırma xidməti təklif olunur. Sosial şəbəkələrdə bu "xidmət"i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar. Qiymətlər isə olduqca "əlverişli"dir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakupost.az"ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb. Əməkdaşımıza bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:
"Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər".

Lor həkimi Elxan Zərgərov isə Bakupost.az-a açıqlamasında bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:
“Qulağı sındıranda içinə qan yığılır , qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə, çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











