Bakıda qarı yolun ortasına töküb sürücüləri təhlükəyə atırlar - VİDEO

Bakıda yağan qarı yol kənarlarından təmizləyərək yolun hərəkət hissəsinə töküblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb. Hərəkət iştirakçılarına təhlükə yaradan bu hal onların narazılığına səbəb olur.
Bəs əslində yolun kənarındakı qar necə təmizlənməlidir?
Məsələ ilə bağlı sualımızı nəqliyyat məsəlləri üzrə ekspert Elməddin Muradlıya ünvanladıq.
Ekspert Avtosfer.az-a bildirdi ki, əslində, qar yoldan və ya yol kənarından xüsusi texnika ilə təmizlənməlidir. Yol kənarından təmizləyib yolun hərəkət hissəsinə atılması nəqliyyat vasitələri üçün təhlükə yarada bilər. Çünki qarın əriməsi nəticəsində su qatı yaranır və gecə şaxta olduğu üçün su donaraq buz qatına çevrilir. Bu zaman sürücülər özləri də bilmədən qəzaya düşə bilərlər:
“Təəssüf ki, aidiyyəti qurumlar işlərini daha da asanlaşdırmaq üçün səkilərdə, yol kənarında yığılıb qalan qarı yolun ortasına atırlar. Guya maşınların təkərləri qarı daha tez əridəcək. Amma yol hərəkəti təhlükəsizliyi baxımından yanaşdıqda görürük ki, bu hərəkət təhlükəldir”.
Namiq Musayev
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










