Taksi sürücülərini aldadan dələduz peyda olub: siz də tanıyın - VİDEO

Bakıda taksi sürücüsünə qarşı dələduzluq edilib. Avtosfer.az xəbər verir ki, 99SG 245 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü Ramil Həsənov qəribə bir hadisə ilə rastlaşıb. Bu barədə Avtosfer.az-a danışan Ramin deyir ki, Bolt şirkətindən sifariş qəbul edib. "Nizami kinoteatrının yanında müştəriyə yaxınlaşdım. Bildirdi ki, "Porsche" markalı avtomobilin təkəri cırılıb və Babək prospektindən təkər almaq lazımdır. Həqiqətən də yolun kənarında "Porsche" markalı avtomobil dayanmışdı və təkərinin biri yox idi. Maşın danqrata vurulmuşdu. Müştərini götürüb Babək prospektində "Təkər evi" adlanan yerə gətirdim. Burda düşdü. Bir az sonra qayıtdı və dedi ki, pulum çatmır. Məndən 45 manat aldı və maşının yanına qayıdanda verəcəyini bildirdi. Sonra isə maşının yanında diski gətirməyimi istədi. Yenidən maşının yanına qayıtdım. Məlum oldu ki, maşın tamamilə başqa birininindir. Aldatdığımı anlayıb geri qayıtdım, amma həmin adamı tapa bilmədim."
Qeyd edək ki, dələduzluq edən şəxs taksini də yaxınlıqdakı dönər yerində, dönərçinin nömrəsi ilə sifariş verib. Eyni zamanda sürücü məsələ ilə bağlı 37-ci polis bölməsinə müraciət edib.
Dələduzluq edən adam kameraya düşüb. Baxın və bu adamı tanıyın ki, siz də aldanmayasız.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











