Banner

Bakıda yeni çəkilən yolun kənarı meyvə-tərəvəz bazarından təmizləndi - FOTOLAR

Gündəm 17 İyul 2025 16:09 Oxunub 2584
Bakıda yeni çəkilən yolun kənarı meyvə-tərəvəz bazarından təmizləndi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dərnəgüldən Pirşağı istiqamətində yeni çəkilmiş yolun Balaxanı hissəsində yol kənarında qanunsuz təşkil olunan meyvə-tərəvəz satış yeri polis əməkdaşları tərəfindən yığışdırılıb, ərazidə neqativ hallar aradan qaldırılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə qeyd olunan ərazidə aparılan yoxlamalar zamanı yol kənarında icazəsiz ticarətlə məşğul olan şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Təhlükəsiz və maneəsiz nəqliyyat hərəkətinin təmin olunması məqsədilə həmin istiqamətdə polis nəzarəti gücləndirilib.

image

***

Bakıda yeni çəkilən yolun kənarı meyvə-tərəvəz bazarına çevrilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, Dərnəgüldən Pirşağı, Yanar dağa çəkilmiş yolun Balaxanı hissəsində yol kənarında meyvə-tərəvəz satışı ilə məşğul olurlar. Bu da alış-veriş üçün dayanan avtomobillər digər hərəkət iştirakçılarına maneə yaradır və həmin yolda sıxlığa səbəb olurlar.
Sözügedən ərazidən çəkilən fotoları sizlərə təqdim edirik:

Namiq Musayev

 

imageimageimage

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh