Bakıda yol 2 aya yaxındır qazılıb, amma asfaltlayan yoxdur - VİDEO

Bakıda, metronun "Xalqlar dostluğu" stansiyasının yanındakı binaların bir neçəsinin həyətindən keçən yolda 2 aya yaxındır ki, qazıntı işləri aparılıb.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 118-121 ünvanlarıdır. İki aya yaxındır ki, yaşayış binalarının həyətində qazıntı işləri aparılıb, asfalt qatı qazılıb. Yerin altından keçən boru təmir edilib.
Sakinlərin şikayəti isə iş görülən hissəyə yenidən asfalt qatının vurulmamasındandır.
Sakinlərin verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyəti qurumları da məlumatlandırıblar. Xüsusilə havalar yağışlı keçdiyindən ərazidə vəziyyət gündən-günə qəlizləşir.
Araşdırma zamanı məlum oldu ki, həmin ünvanda yeraltı su borularında bir müddət əvvəl qəza yaranıb. Təmir-bərpa işləri də bu məqsədlə görülüb.
Bəs həmin hissələrə yeni asfalt-beton örtüyünün nə vaxt vurulacaq?
Ətraflı videomaterialda.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











