Bakıdakı bərbad yol hansı quruma aiddir? – Hamı bir-birinin üzərinə atır - VİDEO

Yağmurlu hava şəraiti, baxımsız halda olan yolların vəziyyətini bir az da çətinləşdirir.
Avtosfer.az xəbər verir ki, belə ünvanlardan biri də Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsəd Əsədov küçəsidir. Yolun bu halda olmasından isə ən çox məktəblilər əziyyət çəkirlər. Yolu özü keçə bilməyənlərin imdadına valideynləri çatır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, həmin yolun təmiri Agentliyin balansında deyil.
Maraqlıdır ki, Sabunçu Rayon İcra Hakimiyyətindən isə əksi iddia edildi.
Qurumdan bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Ramanada da qəsəbədaxili yolların asfaltlanması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Müraciətdə qeyd olunan Ramana qəsəbəsi, Əsəd Əsədov küçəsində də yolun asfaltlanması ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına salınması üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.
Ətraflı videomaterialda.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








