Reklam

Bakıətrafı qəsəbələrin “ƏBƏDİ” PROBLEMİ: “Köhnə avtobusların yeniləri ilə əvəzlənməsi üçün...”

Yazarlar 11 Oktyabr 2023 16:14 Oxunub 680
Bakıətrafı qəsəbələrin “ƏBƏDİ” PROBLEMİ:  “Köhnə avtobusların yeniləri ilə əvəzlənməsi üçün...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Şirkətlərə elə bir şərait yaradılmalıdır ki, onlar kənd və qəsəbələrə də sərnişindaşıma xidmətini həyata keçirməkdə maraqlı olsunlar”.

Bu fikirləri istismar müddətini çoxdan başa vuran avtobusların Bakıətrafı kənd və qəsəbələrə sərnişindaşımada istifadə edilməsinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, ətraf qəsəbələrə sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələri, həqiqətən, xeyli köhnəlib.

“Aidiyyatı qurumlar bu problemin aradan qaldırılması üçün müəyyən təkliflər irəli sürürlər. Buna baxmayaraq, ümumi vəziyyət hələ ki dəyişmir.

Çünki hazırda sərnişindaşıma ilə məşğul olan şirkətlərin özünün çox ciddi problemləri var və onların yeni avtobuslar almaq imkanları məhduddur.

Həmin şirkətlərin dövlət dəstəyinə ciddi ehtiyacları var. Onlara dövlət tərəfindən müəyyən subsidiyaların verilməsi barədə təkliflər səslənsə də, indiyə kimi real nəticə yoxdur.

Fikrimcə, bu istiqamətdə müəyyən addımlar atılsa, vəziyyətdən çıxmaq olar. Şirkətlərə elə bir şərait yaradılmalıdır ki, onlar kənd və qəsəbələrə də sərnişindaşıma xidmətini həyata keçirməkdə maraqlı olsunlar. Problemin kökü məlumdur və bu məsələyə yetərincə ciddi yanaşmaq lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh