Banner

Bakının aktuallığı azalmayan PARKİNQ PROBLEMİ: “Qanunsuz pul yığımının davam etməsi…”

Yazarlar 22 Yanvar 2024 15:00 Oxunub 772
Bakının aktuallığı azalmayan PARKİNQ PROBLEMİ:  “Qanunsuz pul yığımının davam etməsi…”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Şəhərin mərkəzi küçələrində parklanma yerləri müəyyənləşdirilsə də, ətraf küçələrdə bu işlər hələ yekunlaşmayıb”.

“Azparking” mobil tətbiqi 2023-cü ilin avqust ayından istifadəyə verilib. Bu tətbiq vasitəsi ilə qanunsuz pul yığımının qarşısı alınır, maliyyə şəffaflığı təmin olunur, nəqliyyat vasitələrinin parklanmaya görə nəzərdə tutulan ödənişlər nağdsız qaydada həyata keçirilir.

Lakin əksər hallarda görürük ki, bu mobil tətbiqin istifadəyə verilməsinə baxmayaraq, Bakının ayrı-ayrı küçə və prospektlərində fərdi şəxslər parklanmaya görə vətəndaşlardan hələ də qeyri-qanuni olaraq pul tələb edirlər.

Müşahidələrə əsasən deyə bilərik ki, parklanma qiymətlərinin bahalığından şikayətlənən sürücülərin əksəriyyəti həmin tətbiqdən, ümumiyyətlə, istifadə etmir:

Mövzu ilə əlaqədar Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, fərdi şəxslər parklanmaya görə hələ də qanunusz olaraq pul yığmağa davam edirlər:

“Bu tətbiq kifayət qədər mükəmməldir və onun işində müəyyən qüsurlar ortaya çıxsa da, onlar daha çox texniki səbəblərlə bağlı olur. Həmin tətbiqin istifadəsi geniş yayılsa da, bəzi hallarda sarı jilet geyinən fərdi şəxslər tərəfindən qeyri-qanuni pul yığımının şahidi oluruq. Dələduzluqla məşğul olan bu adamlara “azparking” nə edə bilər ki?

Şəhərin mərkəzi küçələrində də belə hallara rast gəlirik. Bu tətbiq axşam saat 10-dan sonra, eləcə də bazar günləri işləmədiyi üçün o “sarı jiletlilər” insanları aldadaraq, onlardan qanunsuz pul yığırlar. Bunun qarşısını almaq və onu qanuniləşdirmək çox çətin bir prosesdir. Biz bu prosesin yalnız əlli faizini keçə bilmişik. Çünki Bakının mərkəzi küçələrində parklanma yerləri müəyyənləşdirilsə də, ətraf küçələrdə bu işlər hələ yekunlaşmayıb”.

Ekspertin fikrincə, müəyyən ərazilərdə çalışan insanlara parklanma ilə bağlı müəyyən güzəşt olunmalıdır:

“Ümumiyyətlə, konkret ərazilərdə işləyənlər və yaşayanlar arasında fərq qoyulmalıdır. Ərazidə yaşayanlar parklanma yerlərindən pulsuz istifadə edə bilirlər. Lakin bir problemi də nəzərə çatdırım ki, müqaviləsiz kirayəyə verilən evlərdə yaşayanlar, yaxud qeydiyyatda olduğu yox, başqa ünvanda yaşayanlar da müvafiq sənəd təqdim edə bilmədikləri üçün parklanmaya görə pul ödəməli olurlar. İşləyən insanlar da bu məsələdə müəyyən çətinliklə üzləşirlər. Düşünürəm ki, onlara da müəyyən güzəştlər tətbiq edilməlidir.

Azərbaycanda iş saatı orta hesabla 10 saatdır. Bu halda işləyən vətəndaşlar parklanma üçün gündəlik 4-8 manat ödəmək məcburiyyətində qalırlar. O baxımdan, onlara müəyyən güzəştlər tətbiq etmək olar. Tətbiqin müsbət tərəfi budur ki, biz artıq şəhərin mərkəzində parklanma üçün yer tapa bilirik. Ancaq bu işin praktik mənfi cəhəti isə ondadır ki parklanma üçün pul ödəmək istəməyənlər avtomobillərini yaşayış binalarının həyətlərində, məhəllələrdə saxlayırlar. Bu da o ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh