Bakının ən problemli dairələrindən biri: Sıxlıq, xaos və keçilməz yollar - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, budəfəki verilişdə paytaxtın "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazisində sürücüləri narahat edən problem müzakirə olunub.
Verilişdə bildirilib ki, beş girişi və beş çıxışı olan dairənin Cavadxan küçəsi istiqamətindəki çıxışında quraşdırılmış işıqfor ciddi sıxlığa səbəb olur:
"Nəqliyyat vasitələrinin Cavadxan küçəsi istiqamətində hərəkətinin intensivliyi bir çox hallarda dairədəki hərəkəti iflic edir".
Qeyd olunub ki, "3-cü mikrorayon dairəsi"ndə - istər Ceyhun Səlimov, istər Asif Məhərrəmov, istərsə də Cavadxan küçələri istiqamətində - günün istənilən saatında sıxlıq müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, sıxlığın əsas səbəbi dairəyə daxil olan nəqliyyat vasitələrinin sayının həddindən artıq çox olmasıdır. Belə ki, dairənin ötürücülük qabiliyyəti bu qədər nəqliyyat yükünü daşımağa uyğun deyil.
Ətraflı süjetdə:
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








