Banner

Bakının əyilən avtobusları

Yazarlar 11 Fevral 2015 12:08 Oxunub 3835
Bakının əyilən avtobusları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitələrinin yararlı olması ciddi yoxlanılmalıdır

Paytaxt Bakıda marşrut xətlərinə buraxılan avtobuslarla bağlı çoxsayda problemlər mövcuddur. 

Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitələrinin tez-tez hərəkət istiqmətini dəyişərək xəttlərdən kənara çıxması, səkilərdə gəzməsi, idarəetmə zamanı neqativ halların baş verməsi, sürücülərin psixoloji vəziyyətinin, peşəkarlığının olmaması cəmiyyətdə birmənalı qarşılanmır. 

Xüsusilə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin texniki baxışdan doğru keçirilməməsi ciddi problemlərə - avtovusların hərəkət zamanı öz-özünə alışıb yanmasına, xarab olub nasaz vəziyyətdə yolun ortasında qalmasına və s. yol açır. Bu isə həm sərnişinlər, həm sürücülər, həm də sakinlər üçün ciddi təhlükə yaradır.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov anspress-ə bildirib ki, ictimai nəqliyyatda istifadə olunan avtobusların texniki baxışdan keçməsi çox vacibdir. Ölkədə bunun üçün müəyyən qaydalar müəyyənləşdirilib. Bu çərçivədə texniki vəziyyəti dəyərləndirmədən avtobusların xəttə buraxılmasına yol vermək olmaz.

Onun sözlərinə görə, bu barədə xarici ölkələrdə müxtəlif yanaşmalar mövcuddur. Məsələn, MDB məkanında, o cümlədən Rusiyada ictimai nəqliyyat vasitəsinin istismar müddəti var və istismar müddəti keçmiş avtobuslar dərhal xəttən çıxarılır. Əgər avtobus yararlı deyilsə, onun işlək ehtiyat hissələri istifadə olunur, tam sıradan çıxıbsa ultirizasiya edilir. 

Ekspertin fikrincə, Azərbaycanda bu məsələyə tamamilə fərqli yanaşma var. İndi hərəkətdə olan avtobusların arasında elələri var ki, ürək açan, texniki imkanları qənaətbəxş deyil. Bu gün konfiqurasiyasında ciddi dəyişiklik olan, deformasiyaya uğrayan, yan tərəfə əyilən, xarici görünüşü pis vəziyytə düşən avtobuslar var. Texniki baxış məsələsinə çox ciddi yanaşma tətbiq olunmalıdır. Həmin avtobusların insanları daşıma imkanları, xəttə buraxılarkən konfiqurasiyasındakı çatışmazlıq kimi məsələlər nəzərə alınmalıdır. 

Ümumiyyətlə, istismar müttədi bitmiş avtomobillərin, avtobusların dövriyyədən çıxarılması, qeydiyyatdan silinməsi, utirizasiya olunması əvəzinə, rayonlara, bölgələrə göndərilir. Təbii ki, bu doğru deyil, çünki, bundan bölgələrdə də sərnişinlər istifadə edəcək. Ona görə, avtobusların texniki vəziyyəti, sərnişin daşınması üçün nə qədər yararlı olması ciddi yoxlanılmalıdır.

A.Allahverənov sürücülərin plan əsasında işləməsinə də münasibət bildirib: "Yanvarın 1-dən avtobuslar plan əsasında işləyirlər. Bu, doğru deyil. Düşünürəm ki, sürücülər aylıq məvacib əsasında işləsələr daha yaxşı olar. Çünki belə olan halda, yəni plan aradan götürüldükdən sonra sürücülərin bir-biri ilə ötüşməsi, yarışa çıxması, bir-birinin yoluna çıxması, avtobusları dayanacaqdan kənarda saxlaması, ödənişlərin elektron formada aparılması, şəhərdaxili marşrutlara buraxılan avtobuslarda CPS sistemi (naviqasiya sistemi) quraşdırılnası və onun söndürülməməsi, hərəkətin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə bağlanması, operativ informasiyaların ötürülməsi və s. məsələrə aradan qaldırılacaq. 

Dövlət Avtomobil Nəqliyyat İdarəsinin rəisi Əmrah Cəfərov isə ictimai nəqliyyatın texniki baxışdan keçməməsi barədə məlumatları doğru saymayıb. O deyib ki, gün ərzində Bakı şəhərində 2000-2500 avtobus sərnişindaşıma ilə məşğul olur. Bunların əksəriyyəti təzə avtobuslardır, ən köhnəsi 5 il öncə alınmış nəqliyyat vasitələridir. Avtobuslar axşamdan qarajda saxlanılır və səhər xəttə buraxılmamışdan əvvəl ilkin texniki müəyinədən keçirilir. Çünki heç bir sahibkar, dövlət strukturu özünə ziyan vurmaq istəməz ki, avtobus nasaz olsun, xəttən çıxmasın və planı ödəməsin. Yəni avtobuslar gündəlik, rüblük texniki baxışdan keçirilir. 

Ümumiyyətlə, texniki baxışdan keçməyən maşın xəttə buraxılmır, təmir olunduqdan sonra buna icazə verilir. Bəzən qısaqapanmadan yanğın və başqa problem yarana bilər. Nasaz nəqliyyat vasitəsi sərnişinlər üçün təhlükəli vəziyyət yaradarsa, məsuliyyəti mexannik, sürücü, avtopark və şirkət rəhbərləri daşıyırlar. İndiyədək belə ciddi fakt qeydə alınmayıb.

Onun sözlərinə görə, Bakıda istismar müttəti başa çatan avtobus yoxdur. Əksinə, istismar müddəti başa çatmayan nəqliyyat vasitələri paytaxtın mərkəzindən çıxarıb şəhərdən kənara göndərilir. Onları isə yeniləri əvəzləyir. 

İdarə rəisi nəqliyyat hərəkətini pozduğuna, siqaeret çəkdiyinə, geyim formasını geyinmədiklərinə, etik davranış qaydalarını pozduqlarına, nəqliyyat hadisəsi törətdiyinə görə 2 minə yaxın sürücünün məsuliyyətə cəlb olunduğunu söyləyib. Onların arasında işdən çıxarılanlar, İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnənlər də var.

O, hazırda Azərbaycan paytaxtında sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin yeniləndiyini, təkmilləşdirildiyini, Türkiyədən gətirilən 50 yeni "İsizu" markalı avtobusun 61 və 65 saylı marşurut xəttinə buraxıldığını söyləyib: "Bu il yenilərinin alınması da nəzərdə tutulub. Yeniləşmə bundan sonra da davam edəcək. Texniki baxışda keçmə məsələsi gündəlik nəzarətdədir".

Bir sözlə, ictimai nəqliyyat sektorunda ciddi islahatların həyata keçiriləməsi vacibdir. Bunun məqsədi səmərəli idarəetmə sistemi yaratmaq, xidmət göstərmək, sərnişinləri təhlükəsiz şəraitdə mənzil başına çatdırma, bu sahədə müasir informasiya texnolgiyalarından istifadə etməkdir. Bu, insanların rahatlığına və təhlükəsiz daşınmasına xidmət göstərməlidir. 

Xatırladaq ki, hazırda Bakıda 2800-dən çox iri, orta və xırda tutumlu avtobus fəaliyyətdədir. Onların 1400-ü iri, 1100-ü xırda tutumludur. Paytaxtətrafı qəsəbələrdə 310 xırda tutumlu nəqliyyat vasitəsi istismar olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh