Bakının mənasız küçə adları niyə dəyişdirilmir? – Deputatdan ETİRAZ

“Bizim Suraxanı rayonundakı bəzi küçə adlarına baxanda insan məhəttəl qalır. Məsələn, “Vağzal”, “Köndələn”, “məktəb”, “Zeytun sovxozu”, “9-cu döngə” küçələri, “dərə” deyilən ərazi var və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”. Bu fikirləri millət vəkili Etibar Əliyev səsləndirib. O, əlavə edib ki, qanunvericiliyə görə şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilə bilər. “Ədalət naminə deyək ki, bu sahədə vəziyyət elə də pis deyil. Hazırda paytaxtımızda şəhidlərimizin adını daşıyan onlarla küçə, məktəb və baxça var. Amma bu işin davamını gətirmək lazımdır. Mən araşdırmışam, bizim Suraxanı rayonunda 35 məktəbin 20-si, 36 baxçadan 15- şəhidlərimizin və digər tanınmış şəxslərin adını daşıyır. Yaxşı olar ki, ad verilməyən baxça və məktəblərə də rayonumuzdan olan şəhidlərin adı verilsin. Bununla da biz həm şəhidlərimizin adını əbədiləşdirmiş olarıq, həm gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə bir töhvə verərik, həm də ucqar küçələrin abadlaşdırılması üçün bu bir fürsət olar. Bu cür hal digər rayonlarda da var, onlar da bu işə diqqət verməlidirlər”.
Məsələyə Bakı şəhər İcra Hakimiyyətinin də münasibətini öyrənmək istədik. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, səsləndirilən fikirlər Bakı şəhər İcra Hakimiyyətinin diqqətindədir. “Hazırda bununla bağlı müvafiq işlər aparılır. Məsələ ilə bağlı daha ətraflı məlumatı yaxın günlərdə Sizə təqdim ediləcək”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










