Banner

Bakının tıxac PROBLEMİ: Çıxış yolu nədir? – “Mindən çox avtobus yararsız vəziyyətdədir”

Yazarlar 10 Sentyabr 2024 16:54 Oxunub 392
Bakının tıxac PROBLEMİ:  Çıxış yolu nədir? – “Mindən çox avtobus yararsız vəziyyətdədir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bu gün istismar olunan avtobusların min ədədi istismara yararsız vəziyyətdədir. Bu avtobusların yenilənməsi vacibdir. Qışda soyuqdan, yayda istidən əziyyət çəkən sərnişinləri düşünmək lazımdır”.

Bu fikirləri açıqlamasında Bakının bitib tükənmək bilməyən tıxac dərdi və tədris prosesi başladıqdan sonrakı vəziyyət haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, tıxacdan çıxış yolu təbii ki, ictimai nəqliyyatın inkişafıdır:

“İctimai nəqliyyatın inkişafı dedikdə yalnız avtobus zolaqlarını nəzərdə tutmamalıyıq, onun inkişafının əsas səbəbi normal sayda müasir, komfortlu avtobusların xəttə buraxılması, dəqiq intervalın müəyyənləşdirilməsi və onlara nəzarət, metrostansiyaların sayının artırılması, daha sonra velosiped zolaqları, skuterlər üçün şərait yaradılmasıdır. Sanki bu işi bor qədər tərsinə etmişik skuter, velosiped üçün parkinq, avtobus üçün zolaq yaradırıq, amma avtobusun özü hələ ki, yoxdur. Hazırda çətin bir dönəmdəyik. Hazırda 2100 avtobus hazır vəziyyətdədir. Deyilənə görə, bu il 2200 avtobus tədris ilinin başlaması ilə əlaqədar xəttə buraxılacaq”.

O, əlavə edib ki, noyabr ayına qədər təxminən 160 elektrikli avtobus istismara veriləcək.

“Bir çox daşıyıcı şirkətlə danışmışam. Təxminən iki şirkət hərəsi 50 avtobus gətirməlidir. Digər daşıyıcıların da bu ilin sonuna qədər müəyyən sayda avtobus gətirməsi nəzərdə tutulub. Ümumilikdə təxminən 400 yeni avtobusun gətiriləcəyini düşünürəm və 200 ədədini də “Bakubus”ın qarajında yatan və BNA-nın dövründən miras qalmış nasaz vəziyyətdə olan avtobusların təmir etdirilərək xəttə buraxılması nəzərdə tutulur. Yəni, ümumən arzu olunan saya yaxınlaşırıq, amma bu gün istismar olunan avtobusların min ədədi istismara yararsız vəziyyətdədir. Bax bu avtobusların yenilənməsi vacibdir. Qışda soyuqdan, yayda istidən əziyət çəkən sərnişinləri düşünmək lazımdır”, – deyə o qeyd edib.

E.Muradlı bildirib ki, avtobus parkı tam yeniləndikdən, dəqiq interval üzrə Bakı, Sumqayıt, Abşeron yarımadası, Abşeronun qəsəbələri, Bakı qəsəbələri ilə mərkəzin dəqiq əlaqələndirilməsi baş tutandan sonra və yeni metro stansiyaları açılandan sonra biz artıq rahat şəkildə deyə bilərik ki, artıq tıxac geridə qaldı:

“Amma bu günbu baş vermir. Azərbaycanda metro stansiyalarının tikinti ən yaxşı halda 3 ildən az çəkmir. Bəzi stansiyaların tikintisi 10 il çəkir. 10 il bir stansiya tikərlərmi? Bu yaxşı hal deyil. bu da gözlənilən nəticəni vermir. Belə problemlərlə hələ ki, üz-üzəyik. Ona görə də insanlar manatlıq taksilərə üstünlük verirlər. Təbii ki, bu da yolda hərəkət intensivliyini artırır. Əlinə imkan düşən insanlar dərhal maşın almaq barədə fikirlərşir. Bu da təbii ki, başa düşüləndir”.

(yenicag.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh