Bakının "tıxacda" qalan tıxac problemi: Velosipeddən istifadə çıxış yolu bilər?

Yazarlar 18 İyul 2022 16:49 Oxunub 1228
Bakının "tıxacda" qalan tıxac problemi:  Velosipeddən istifadə çıxış yolu bilər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Əvvəllər günün pik saatlarında tıxaclarda qalırdıqsa, hazırda günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. İsti yay günündə saatlarla tıxaclarda qalmaq həm sürücülərin, həm ictimai nəqliyyatdan istifadə edənlərin əməlli-başlı səbir kasasını daşırır. Bakının tıxac problemi də elə “tıxacda” qalıb.

Tıxac problemi sadəcə bununla bitmir. Avtomobillər oksigeni yüksək dərəcədə istismar edir və oksigen çatışmazlığı yaranır. Bakıda yaranan tıxaclar paytaxtın ekologiyasına da çox ciddi ziyan vurur.

Həmçinin qəzaların sayı da durmadan artır. Demək olar ki, hər gün nəqliyyat qəzaları barədə xəbərlər alırıq. Dövlət Statistika Komitəsinin sonuncu məlumatlarına görə, cari ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olmuş, 373-ü isə yaralanıb.

Bakı Statistika İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, ilkin hesablarama görə, hazırda Bakıda 700 662 avtomobil var. Onlardan 61 827-si yük avtomobillərinin, 15 511-i sərnişin avtomobilləri, 607 768 sərnişin minik avtomobillərinin payına düşür. Şəxsi minik avtomobilləri sayı isə 550 274-dür. Son olaraq, hər iki ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 104 təşkil edir.

Nəqliyyat eksperti Elməddin Muradlı Metbuat.az-a bildirdi ki, ölkəmizdə avtomobilləşmə sürətlə getsə də, təhlükəsizlik barədə yetərincə tədbirlər görülməyib:

“Azərbaycanda son 20 ildə avtomobilləşmə çox sürətlə inkişaf edib. Bunun da bəlli səbəbləri var: insanlar rahat yaşayış axtarır. Belə olan halda sözsüz ki, rahat və təhlükəsiz avtomobillərə keçid etmək lazımdır. Biz rahat avtomillərə keçsək də, təhlükəsizlik barədə düşünməmişik. Səbəb odur ki, Azərbaycan Gürcüstanın avtomobil bazarından asılı vəziyyətdə olub. Çox təəssüf ki, ən yararsız, qəzalı avtombillər Azərabycanda satılıb.

Bu gün lüks avtomobil kateqoriyasına aid maşınlar var ki, qəza zamanı parça-parça olur, içində insanlar ölür. Halbuki, bu avtomobillərin aktiv təhlükəsizlik elementləri var. Buna görə də, avtomobillərin komplekləşdirilməsi dövrü hələ də bitməyib, tör-töküntü maşınları almaqda maraqlıyıq. Ümumilikdə, Azərbaycanda avtomobil parkı genişlənir, inkişaf edir. Həqiqətən də insanlar – imkanı çatan vəya çatmayan hansısa yolla maşın ala bilir. Eyni zamanda, pandemiyadan əvvəl avtomobillərin qiymətində ucuzluq var idi, insanlar da tədricən avtomobilləşməyə maraq göstərirdilər. Pandemiya dövründə bazar çöksə də, hazırda inkişaf var. İctimai nəqliyyatımız bərbad gündə olduğu üçün insanlar şəxsi avtomobil əldə etməkdə maraqlı olacaq”.

Moped və motosiklet sürücülərinə XƏBƏRDARLIQ EDİLDİ

Bitməyən tıxac probleminə gəlincə, Elməddin Muradlı bildirir ki, hazırda tıxaca günün istənilən saatında rast gəlinir:

“Bəli, hazırda tıxan günün istənilən saatında müşahidə olunur. Artıq yay fəslidir, insanların istirahət üçün şəhəri tərk etdiyi zamandır. Amma tıxaclar yenə də var.

Yuxarıda qeyd etdiklərimiz də başlıca səbəblərdir. Həmçinin aidiyyatı qurumların işlərin təşkilinə məsuliyyətsiz yanaşması, yol şəbəkəsinin genişləndirmək imkanlarının məhdud olması, xaotik tikintilərin olması kimi problemlər var deyə tıxacın qarşısını ala bilmirik”.

Əhalinin velosipeddən istifadəsi həm sağlamlıq baxımından, həm ekoloji, həm də şəhərdə rahat hərəkəti üçün bir alternativ ola bilər. Bəs velosiped yollarının çəkilməsi necə? Tıxac problemlərini yüngülləşdirə bilərmi?

“Velosiped yolları ilə bağlı müəyyən addımlar atılıb. Amma bu, geniş şəbəkə şəklində qurula bilmir. Yol şəbəkəsi, infrastrukturu buna imkan vermir. Nə vaxt yollarımız avtomobillər üçün rahat və təhlükəsiz olacaq, beynəlxalq standarlarına uğyun olacaq, o zaman bu yollardan əlavə, velosiped zolaqlarının inkişafı mümkün olacaq”.

Həkim-terapevt Sübhan Hacıyev də deyir ki, velosipedin insanlara xeyiri çoxdur:

“Avtomobil, yoxsa velosiped istifadəsinin xeyrindən danışsaq, bir həkim kimi təbii ki, insan sağlamlığını prioritet bilərək velosipedin xeyrinə cavab verəcəm. Çünki velosiped sürmənin sağlamlığa faydası həddindən çoxdur. Velosiped sürərkən böyük bir enerji sərf olunduğu üçün bir insan 30 dəq ərzində 500 kalori yandırmış olur, uzun müddətli istifadədə artıq çəkidən azad olur, ürək-damar fəaliyyətini yaxşılaşdırır, böyük əzələ qrupları və oynaqlar sinxron bir ritmdə işlədikləri üçün ümumilikdə dayaq-hərəkət sisteminin fəaliyyəti xeyli yaxşılaşır.

Mövsümi keçidlərdə nələrə diqqət etməli Xalqqazeti.com

O ki qaldı avtomobillərə, şübhəsiz ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və vaxt baxımından daha tez mənzil başına çatsaq da, mənfi tərəfləri isə biz həkimləri üzmüş olur. Uzun müddət sükan arxasında olan sürücülərimizdə ən çox gördüyümüz problemlər onurğa sütünunun bel-oma fəqərələrində olan protruziyalar, yırtıqlardır. Eyni zamanda hərəkətsizliyə bağlı olan oynaqlardakı osteoxondroz, artroz problemi sıx görülməkdədir. 40 yaşdan yuxarı sürücülərimizin bir çoxunda piylənmə, miokard infarktı, insult kimi xəstəliklərə gətirib çıxara bilər.

Qeyd etmək istəyirəm ki, velosipedin insana qazandırdığı bütün bu sadalan faydalara yiyələnmək üçün şəhər infrastruktumuzun da olması lazımdır. Bunun üçün mütləq şəkildə yollarımızda velosiped zolaqları olmalıdır ki, insanlarımız qəzasız, travmasız rahat şəkildə uzun məsafələri qət edə bilsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh