“Baksol” yolu niyə qazılıb? – Nə təmir, nə də bərpa edilir - VİDEO

Paytaxtın "Baksol yolu" adlanan ərazisində uzun müddətdir aparılan qazıntılardan sonra həmin ərazilərdə nə təmir, nə də bərpa prosesi aparılır. Avtosfer.az xəbər verir ki, bu vəziyyət həm ərazidə fəaliyyət göstərən sahibkarların, həm də sürücülərin narazılığına səbəb olub.
Sahibkarlar bildirirlər ki, müəyyən aralıqlarla işçilər əraziyə gəlib iş görürmüş kimi davranır, daha sonra isə oranı tərk edirlər. Qazıntı işlərindən sonra yaranmış iri çuxurların yağıntılı hava səbəbindən su ilə dolması yol örtüyünü sıradan çıxarır və asfaltın dağılmasına səbəb olur. Yoldan istifadə edən sürücülərin sözlərinə görə, yolun qazılmış və bərpasız vəziyyətdə qalması avtomobillərin hərəkətinə də maneə yaradır. Qazıntıların birbaşa mağazaların, obyektlərin qarşısında aparılması və yolun bu vəziyyəti müştərilərin obyektlərə yaxınlaşmasına əngəl yaradır. Nəticədə sahibkarlar məhsullarını sata bilmədiklərini, satışların kəskin azaldığını deyirlər.
Daha ətraflı videomaterialda:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










