Baku Ekspo Mərkəzinə avtobusla getmək ÇƏTİNLƏŞİB - FOTO

Bakıda keçirilən beynəlxalq sərgi və tədbirlərin əsas ünvanlarından biri olan Baku Ekspo Mərkəzinə ictimai nəqliyyatla gələnlər bir sıra problemlərlə üzləşirlər.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumata görə, dayanacaqdan Expo-ya qədər olan yolun əlverişsizliyi həm yerli sakinlər, həm də xarici qonaqlar üçün çətinlik yaradır.
Bu isə nə rahatlıq, nə də inklüzivlik baxımından qənaətbəxş sayılır.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev məsələyə münasibət bildirərək vəziyyətin yaxşılaşdırılması üçün konkret təkliflər irəli sürüb:
- Dayanacağın yaxınlaşdırılması və ya əlavə dayanacaq yaradılması;
- Keçidin pandus, lift və işıqlandırma ilə daha rahat və təhlükəsiz edilməsi;
- Aydın işarələmə və rəqəmsal həllərin tətbiqi (məsələn, QR kodlu xəritə);
- Böyük tədbirlər zamanı shuttle-servis avtobuslarının təşkili.
Ekspertin fikrincə, kiçik dəyişikliklər belə, qonaqların Baku Ekspo Mərkəzinə gediş-gəlişini xeyli rahatlaşdıra bilər.
Qeyd edək ki, son illərdə Bakıda iri tədbirlərin sayı artdığından, nəqliyyat əlçatanlığı məsələsi də daha çox diqqət tələb edir. Belə addımlar həm şəhərin imicini gücləndirər, həm də paytaxtı ziyarət edən qonaqların rahatlığını təmin etmiş olar.
![]()
![]()
![]()
![]()
![]()
![]()
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










