"BakuBus"un avtobusları ekologiyaya ziyan vurur: sürücülər mühərriki söndürmür

Bu günlərdə Avtosfer.az saytına müsahibə verən ekspertlər mühərriki boş yerə işlətməyin həm ekologiyaya, həm də sürücünün cibinə ziyanlı olduğunu bildirdilər (https://avtosfer.az/az/oxucu-mektublari/bu-yerlerde-avtomobili-islek-veziyyetde-saxlamaq-olmaz-ekspertlerden-xeberdarliq-198106).
Mənim niyyətim ekspertlərin dediklərini təkrar şərh etmək deyil. Hər birinin fikirləri doğru və haqlıdır. Bu öz yerində.
Ekspertlər belə bir məqama diqqəti yönəltdilər ki, şəxsi avtomobillərdə buna nəzarət etmək çətindir, sürücü özü şüurlu olmalıdır. Bu başadüşüləndir, bəs ictimai nəqliyyatda necə?
Məsələ ilə bağlı danışdığım Bakubus sürücülərinin cavabı eyni olub: rəhbərlik (qaraj) tapşırıb ki, mühərriki söndürməyin. Rəyini soruşduğum 8 sürücüdən biri isə bir qədər irəli gedərək təxminən bu formada dedi: “məndən nə gedir?”.
Bu yanaşmanın ortaya çıxma səbəbi sadədir: yanacaq pulu şirkətin və sürücünün cibindən çıxmır.
Problem təkcə Bakubusla bitmir. Kart sisteminə keçdikdən sonra digər daşıyıcıların sürücüləri də çox vaxt mühərriki söndürmür.
Kimsə iddia edə bilər ki, qaynar mühərriki dərhal söndürmək turbokompressoru sıradan çıxarır. Bəli, bu fikir doğrudur, amma şəhər daxilində avtobus yüksək sürətlə hərəkət etmədiyi üçün şiddətli qızma yaranmır. Üstəgəl, son dayanacaqda sərnişin düşürərkən və ya manevr edərkən turbokompressor soyumağa və yağlanmağa imkan tapır. Xüsusən də indiki soyuq və küləkli hava mövsümündə. 1-2 dəqiqə gözləyərkən mühərriki söndürməmək normaldır. Lakin uzunmüddətli gözləmə zamanı avtobusun əlavə çirkli hava və səs xaric etməsi yalnız ziyan verə bilər.
Əslində mühərriki saatlarla işlətmək ənənəsini yaşı Bakubusun yaşından böyükdür. Sovet dövründə traktorlarda starter deyil, işəsalma mühərriki (danışıqda puskaç) olduğundan mexanizatorlar traktoru yalnız axşam söndürürdülər. Yanacağın pulsuz olması da bu pis vərdişin xroniki hal almasına gətirib çıxarırdı. “Bəyin oğurlanması” filmində bu hal tənqid edilir.
Bu ənənənin müasir texnikada davam etməsi isə ümumiyyətlə başadüşülən deyil.
Xarici təcrübəyə nəzər salsaq, Avropa ölkələrində bu qayda pozuntusuna görə ölkədən asılı olaraq 30-100 avro cərimə nəzərdə tutulur. Əksər ölkələrdə prosesə polislə yanaşı bələdiyyə işçiləri nəzarət edir.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










