"BakuBus"dan istifadə edənlərin nəzərinə - Avtobus 20-25 dəqiqədən gec gələrsə... - VİDEO

Sərnişinlər 46 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalından narazıdırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə şikayət “Baku.ws”in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, metronun "28 May" stansiyasının yaxınlığından xəttə çıxan 46 saylı marşrutlar burada uzun müddət gözləyir. Avtobuslar sərnişinlə dolmamış hərəkət etmirlər.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti üzrə interval 7-8 dəqiqə təşkil edir. Marşrut pasportuna əsasən xətt üzrə 20 avtobus fəaliyyət göstərir:
"Bununla belə, monitorinq mərkəzinin qeyd etdiyiniz tarix üzrə apardığı müşahidələrə əsasən, xüsusilə pik saatlarda intervalın 7-15 dəqiqə arasında dəyişdiyi müəyyən edilmişdir".
Həmçinin qurum sərnişinlərdən xahiş edir ki, pik saatlarda yaranan bu dəyişikliklərə anlayışla və səbirlə yanaşsınlar.
"Əgər gözləmə müddəti 20-25 dəqiqədən artıq olarsa, bu barədə BakuBus-un rəsmi sosial media səhifələrində bizə məlumat verməklərini xahiş edirik", - deyə məlumatda vurğulanıb.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










