Reklam

Banklardakı kredit problemlərinin görünməyən tərəfi

Yazarlar 10 Fevral 2016 09:55 Oxunub 1903
Banklardakı kredit problemlərinin görünməyən tərəfi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert: "Müqavilədə diqqət yetiriləcək bir sıra məqamlar var"

Son vaxtlar dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar banklardan Amerika Birləşmiş Ştatları (ABŞ) valyutasıyla kreditlə avtomobil alanların, ödəyə bilməyənlərin yaxud ödəməyənlərin sayı artıb. Belə vətəndaşlardan biri də Sumqayıt şəhər sakini Ramil Bayramovdur. O, 2014-cü ilin oktyabr ayında kommersiya banklarından birinin Sumqayıt filialından daha əvvəl vətəndaş tərəfindən alınıb krediti ödənmədiyi üçün banka geri qaytarılan avtomobil alıb: "Maşın mənə bank tərəfindən mülki etibarnamə ilə verilib. Bankdan bildirdilər ki, yalnız kredit məbləğini ödəyib qurtardıqdan sonra maşını öz adına rəsmiləşdirə bilərəm. Mən də bununla razılaşdım. İndi isə ortaya bir sıra problemlər çıxıb".

Ramil Bayramovun sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən krediti ödəmək imkanı olmayıb: "Ötən ilin 9-cu ayından etibarən krediti ödəyə bilmədim. Buna görə bankdan ödəniş etməli olduğumla bağlı zənglər gəlməyə başladı. Mən isə maliyyə qurumunun əməkdaşına maddi vəziyyətimin yerində olmadığını, buna görə də ödəniş edə bilmədiyimi və bankın məni məhkəməyə verməsini xahiş etdim. Bank əməkdaşları isə məni məhkəməyə verməkdən imtina edir. Ancaq bu gün Baş Dövlət Yol Polisi İdarəsinə gedərək heç bir məhkəmə qərarı olmadan maşınıma polis tərəfindən qadağa qoyulduğunu öyrəndim".

Ramil Bayramov banklarla və bu maliyyə qurumlarının tapşırığı ilə maşını saxlayan yol polisi idarəsi ilə problem yaşayan tək vətəndaş deyil. 

Ötən ilin noyabr ayının 23-də Naxçıvan sakini Malik Hüseynov da bənzər problemləqarşılaşmışdı. Onun anasının sözlərinə görə, Malik 2015-ci ilin yanvar ayında paytaxt ərazisindəki morqlardan meyit daşımaq üçün özünə avtomobil alıb: "O, həmin maşının sahibinə 9 min manat məbləğində nağd ödəniş edib və qalan məbləği bank vasitəsi ilə ödəməyi qərara alıb. Bunun üçün də banklardan birindən 5000 manat məbləğində kredit götürüb. Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Son iki ayda isə ödəniş edə bilmədi. Buna görə də, maşın axtarışa verildi". Anası həmin vaxt iddia edirdi ki, maşının üzərinə həbs məhkəmənin qərarı olmadan yol polisi idarəsi tərəfindən qoyulub.

Malik Hüseynovun anası


Mövzu ilə bağlı açıqlama verən ekspertlər burada incə nüansların olduğunu bildirirlər. Hüquqşünas Ərşad Hüseynov deyir ki, vətəndaşla bankdan kreditlə avtomobil almaq istəyərkən, onunla bank arasında ipoteka və kredit müqaviləsi bağlanır: "Burada hər şey müqavilə şərtlərindən asılıdır. Əgər müqavilədə "vətəndaş krediti ödəyə bilmədiyi halda bankın tələbi ilə avtomobilin üzərinə yol polisi tərəfindən həbs qoyula bilər" maddəsi öz əksini tapıbsa, o zaman bankın xahişi ilə polis doğrudan da maşının üzərinə məhkəmə qərarı olmadan həbs qoya bilər. Ancaq burada sürücü ipateka qoyan, bank isə həmin ipotekanı saxlayan olduğu üçün bu maddə müqavilədə öz əksini tapmayıbsa, bank yalnız məhkəmənin qərarı ilə nəqliyyat vasitəsinin üzərinə həbs qoya bilər. Ancaq heç bir bank avtomobili sürücünün əlindən məhkəmə qərarı olmadan ala bilməz. Sürücünün əlindən avtomobilinin məhkəmə qərarı olmadan alınması özü qanunsuzluqdur".


Ərşad Hüseynov - Hüquqşünas

Hüquqşünas Ramil Bayramovun probleminə də münasibət bildirdi: "Mülki etibarnamə bankların və vətəndaşların fantaziyasının məhsuludur. Bu sənəddə nədən söhbət getdiyini müəyyən etmək çox çətindir. Bu sənədlə avtomobil alanlar isə ümumiyyətlə belə problemlərlə sıx qarşılaşırlar. 

Əlavə edək ki, Mərkəzi Bank 2014-cü ilin yanvar ayının 18-də avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib. Ölkənin əsas bankının bu qadağası həmin gündən bütün banklara elan olunub və bununla da maşınların alınması üçün kredit verilmәsi dondurulub. Azərbaycanda kreditlərin risk faizi yüksək olsa da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ancaq əsas bankın qadağasından bir müddət sonra banklar yenidən avto kreditləri bərpa etməyə başladı. Kreditlərin dayandırılması sonuncu dəfə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra baş tutub.


Mərkəzi Bank

Vətəndaşlar kreditlə avtomobil alarkən problemlə qarşılaşmamaq üçün ilk əvvəl həm kredit həm də ipoteka müqaviləsini öz adına rəsmiləşdirməlidir. Çünki müqavilə bir nəfərin adına rəsmiləşdirilib daha sonra mülki etibarnamə ilə digər bir şəxsin adına keçirildiyi zaman ortaya problemlər çıxır. Belə olan halda avtomobil adına mülki etibarnamə ilə keçirilən vətəndaş, müqavilə şərtlərindən xəbərdar olmadığı üçün çətinliklərlə üzləşir. 

İkinci və ən əsası müştəri öhdəkilərini yerinə yetirə biləcəyi qədər kredit götürməməli və müqaviləni tam formada başa düşdükdən sonra imzalamalıdır. Çünki müqavilə şərtlərini bilməyən hər kəs müqavilənin onun xeyrinə olmayan maddəsi ilə qarşılaşdığında bunu problem kimi qələmə verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh