Reklam

Başqa ölkələrdə də avtomobillər texniki baxışdan necə keçirilir və qiymət- Ölkələrin SİYAHISI

Yazarlar 25 Sentyabr 2019 12:47 Oxunub 1636
Başqa ölkələrdə də avtomobillər texniki baxışdan necə keçirilir və qiymət- Ölkələrin SİYAHISI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ-ın 13 ştatında texniki baxışdan keçmək məcburi deyil

Xəbər verildiyi kimi, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır. Bu məlumat sosial şəbəkələrdə ciddi müzakirələrə səbə olub. Sürücülər bu məbləğin yüksək olmasından şikayət ediblər. Məsələ ilə bağlı mətbuata açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Ehsan Zahidov isə bildirib ki, təklif olunan 30 manatlıq rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır.
Maraqlı olacağını nəzərə alaraq yeniavaz.com bir sıra ölkələrdə avtomobillərin texniki baxışının necə təşkil olunduğunu diqqətinizə çatdırır:
Ukraynda avtomobillər üçün tətbiq olunan icbari texniki baxış yalnız kommersiya avtomobilləri üçün tətbiq olunur. 2011-ci ildən etibarən Ukraynada kommersiya məqsədilə istifadə olunmayan şəxsi minik avtomobillərinin icbari texniki baxışı ləğv olunub.
Avropa ölkələrində avtomobillərin icbari texniki baxışa cəlb olunması praktikası mövcuddur. Əksər ölkələrdə texniki baxışı müvafiq lisenziyalı olan istənilən təmir sexində həyata keçirmək mümkündür. Avtomobillərin yoxlama proseduru orta hesabla yarım saat çəkir və təxminən 70 avroya başa gəlir.
Texniki baxışla baxlı sərt qaydaların olduğu ölkələrdən biri İngiltərə hesab olunur. Bu ölkədə 1967-ci ildən etibarən Nəqliyyat Departamenti tərəfindən texniki baxış keçirilir. Avtomobilin üzərində texniki baxışdan keçdiyini göstərən müvafiq işarə olmadan avtomobilin istismarı qadağandır. İlk baxışdan sonra təmir üçün  10 iş günü vaxt verilir. Texniki baxış üçün təkrar müraciət  ya pulsuz olur, ya da əlavə cüzi məbləğ alına bilir. Bütün avtomobillər İngiltərədə qüvvədə olan  texniki qaydalara uyğun olmalıdır.
Fransada dövlət tərəfindən lisenziyası alan istənilən özəl şirkət texniki yoxlama ilə məşğul ola bilir. Yoxlama buraxılış ili 4 ildən çox olan avtomobillər üçün məcburidir. 4 yaşdan yuxarı bütün avtomobillər iki ildən bir yoxlanılır, avtobuslar isə 6 ayda bir dəfə. Fransada 1996-cı ildən etibarən tətbiq edilən belə bir sertifikatlaşdırma proseduru bütün Avropa Birliyi ölkələri üçün tövsiyə olunur. Texniki yoxlama biletinin olmamasına görə sürücülər  90-140 avro arasında cərimə edilirlər. Bu hal təkrar olunduğu halda daha ağır cəzalar tətbiq olunur.
İspaniyada texniki baxışla bağlı qaydalar bir qədər fərqlidir. Bu ölkədə texniki baxış lisenziyası olan şirkətlər texniki baxış zamanı çatanda özləri avtomobili aparır və yoxlamadan sonra bütün sənədlərlə birgə avtomobili geri qaytarırlar. Bu yoxlamalar adətən axşamlar edilir. Yəni sürücü evdə yatdığı zaman şirkət avtomobil aparır, texniki baxışdan keçirir və müvafiq sənədlərlə birgə geri gətirir. Sürücü səhər yuxudan durduğu zaman avtomobilinin texniki baxışdan keçirildiyini görür.
Avstriyada və Almaniyada buraxılış ili 3 ildən çox olan avtomobillər üçün məcburi texniki baxış təyin olunur. Almaniyada texniki baxışın vaxtı bitdikdən 4 ay sonra da texniki baxışdan keçmək olur. Hollandiya və İsveçdə avtomobillər istehsal edildiyi gündən etibarən ilk üç il ərzində müayinədən azad edilir, 3 yaşdan yuxarı avtomobillər hər iki ildən bir texniki baxışdan keçməlidirlər.
Ən maraqlı texniki baxış növləri ABŞ-da tətbiq olunur. ABŞ-ın 13 ştatında texniki baxışdan keçmək məcburi deyil. Ən son 2010-cu ildə iki ştat - Minnesota və Kentukki texniki baxışdan imtina etdilər. Bəzi ştatlarda texniki baxış buraxılış ili 5 ildən çox olan avtomobillərə tətbiq olunur. Bəzi ştatlarda isə avtomobil yalnız yenidən qeydiyyata alındıqda, ya da başqa ölkədən ABŞ-a gətirildikdə texniki baxışdan keçirilir. Bir çox ştatda isə texniki baxış ancaq avtomobilinin havaya buraxdığı karbon qazının miqdarını ölçməkdən, ya da təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqlarını yoxlamaqdan ibarətdir.

Ən ciddi texniki baxış Virciniya, Nyu-York və Massaçusets ştatlarında tətbiq olunur. Bu ştatlarda təkərlər, əyləc sistemi, korpus, işıqlandırma, dönmə siqnalları, güzgülər, pəncərələr, onların təmizləyiciləri, sükan ötürücüləri, ötürücü qutusu, səs siqnalları, yanacaq sistemi də daxil olmaqla avtomobillə bağlı bir-çox detal yoxlanılır.
Yaponiyada buraxılış ili 3 ildən çox olanavtomobillərə üçün məcburi yoxlama təyin edilir. Hər iki ildən bir texniki xidmətdən keçmək lazımdır.
Çində vahid yoxlama sistemi mövcud deyil, hər vilayət və ya şəhər rəhbərliyi öz məhdudiyyətlərini təyin edir.
Avstraliyada texniki baxış yalnız mülkiyyət hüququnu qeydiyyata alarkən və ya avtomobilin sahibi dəyişdiyi zaman məcburi olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Emin 6 Oktyabr 2019 23:53
Salam.menim avtomobilimi 1998 ili etibarname ile aldım indi etibarnamenin müddeti bitib. Men onu nece adıma keçire bilerem