Başqalarının gözünü qamaşdıran sürücülərlə bağlı DYP-dən açıqlama - Qaydalar

Yazarlar 21 Dekabr 2018 02:17 Oxunub 1657
Başqalarının gözünü qamaşdıran sürücülərlə bağlı DYP-dən açıqlama - Qaydalar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşıq sürücünün gözünü qamaşdırırsa qəza-dayanma işıqlarını yandırmalı, zolağı dəyişmədən sürəti azaltmalıdır

Son vaxtlar bir çox sürücü narazılıq edir ki, qaranlıq vaxtı yollarda gur işıqlardan istifadə edən, öz rahatlığını düşünərək uzaq işıqları söndürməyib qarşıdan gələn sürücülərin gözünü qamaşdıran və bununla da qəzaya səbəb olan xeyli sürücü var. Amma bu cür sürücüləri aşkarlamaq, məsuliyyətə cəlb etmək bəzən mümkün olmur. Bəs, yol patrul xidməti əməkdaşları işıq cıhazlarından düzgün istifadə etməyən sürücülərə qarşı mübarizəni necə aparır? DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, belə faktları aşkarlamaq çətin olur. Çünki çox nadir hallarda qəza törədən sürücü qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyü üçün qəza baş verdiyini deyir: “Məsələ burasındadır ki, sürücünün qarşını tam görmədiyi halda hansı formada hansı hərəkəti etməli olduğu aydın şəkildə qanunvericilikdə əksini tapıb. Qarşıdan gələn avtomobilin işığı sürücünün gözünü qamaşdırırsa qəza-dayanma işıqlarını yandırmalı, zolağı dəyişmədən sürəti azaltmalıdır. Amma əfsuslar olsun ki, bizdə sürücülər məsələyə başqa cür yanaşır. Bilirsiniz, sürücüdən sürücüyə fərq var. Nəzərə almaq lazımdır ki, yaşlı insan sözsüz ki, cavan sürücü kimi görə bilmir, görmə qabiliyyəti zəif olur. Təəssüf ki, gözünə işıq düşsə də, qarşını yaxşı görməsə də, hava, yol və metroloji şəraitə uyğun sürət seçmək əvəzinə gəldiyi sürətlə hərəkəti davam etdirir. Lakin sürücü istənilən səbəbdən qarşını yaxşı görmürsə bu artıq onun qəza törətməsinə bir ehtimal yaradır və bu riski daha da artırır”.
Sürücülərə bəzi tövsiyələr verən Kamran Əliyev bildirib ki, sürücülərimiz bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar və sürücü həmrəyliyi olmalıdır: “Sürücü həmrəyliyindən biri də odur ki, qanunda da göstərildiyi kimi, ən azı 150 metr məsafə qalmış uzaq işıqları yaxın işıqlara keçirməlidirlər. Bilirsiniz, adətən maşında sürücü çox nadir hallarda tək olur. Bir də görürsünüz, sürücünün başı qarışır maşındakı sərnişinlərlər söhbətə və uzaq işıqları söndürmədən hərəkət edir. Amma qarşıdan gələn sürücü bir-iki dəfə işığı yandırıb-söndürməklə xəbərdarlıq edəndə dərhal anlayır ki, qarşıdakı sürücüyə mane olur və uzaq işıqları söndürür. Ancaq elə sürücülər də var ki, mədəniyyət səviyyəsindən asılır olaraq heç belə xəbərdarlıqlara da fikir vermir və ancaq özünü düşünür. Uzaq işıqları yandırır və fikirləşir ki, təki mən yaxşı görüm, başqalarına nə olur olsun. Amma nəzərə almaq lazımdır ki, respublikamızdaki maşınların hamısı təzə deyil, hamısının işığı eyni səviyyədə vurmur”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh