Banner

Taksometr nəyə lazımdır və qiyməti neçəyədir? - Sürücüyə nəzarət, sərnişinə xidmət - FOTO

Yazarlar 14 İyun 2023 11:00 Oxunub 2602
Taksometr nəyə lazımdır və qiyməti neçəyədir?  - Sürücüyə nəzarət, sərnişinə xidmət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəs görəsən nə üçün heç kəs bu məhsulu Almaniyadan Fransaya daşımır?

Bəşər yaranandan insanlar hansısa malı daha ucuz almaq üçün başqa ölkələrə üz tutublar. Bu, aralarında sərhəd nəzarəti olmayan ölkələrdə daha çox baş verir. Məsələn, Strasburqada yaşayan bir fransız səhər tramvayla Almaniyanın Kel şəhərinə gedir və bazarlıq edərək vətənə qayıdır. Heç kim ondan nəyi nə qədər aldığını soruşmur. Alınan əsas məhsullar isə gündəlik tələbat malları olur. 

Bəs 20-30 avro qabağa düşmək üçün qonşu ölkəyə gedən fransızlar nə üçün 1500-2000 avro qiymət fərqi olan detal üçün qonşu ölkəyə üz tutmurlar? (yadıma pandemiyaya qədər Gürcüstana maşın təmiri üçün gedən sürücülərimiz düşdü – müəl.). Bəli, söhbət taksimetrdən gedir. 

Əslində taksimetr yeni bir şey deyil. Qədim dövrlərdə Makedoniyalı İskəndər Şərqə hücum edərkən yolu ölçmək üçün arabanın təkərinə xüsusi addımölçən mexanizm bağlanmışdı. Eyni qurğu Çİndə də mövcud idi. 20-ci əsrdə aparılmış araşdırma bu mexanizmin kifayət qədər dəqiq olduğunu göstərdi. Bu, belə demək mümkünsə taksometrin əcdadı idi. 

1891-ci ildə alman konstruktor Fridrix Vilhelm Qustav Brun sözün həqiqi məınasında ilk taksometri patentləşdirdi və avadanlıq 1897-ci ildə bir “Mercedes”də quraşdırıldı. 

20-ci əsrin ilk 20 ilində İsveçrə, Almaniya, Britaniya və Fransada ilk taksometrlər quraşdırıldı. Məqsəd həm sərnişinin aldadılmamasını təmin etmək, həm də sürücünün iş vaxtını ölçmək və haqsız rəqabətin qarşısını almaq idi.

Müasir taksometrlər də təyinatına görə əvvəlkindən fərqlənməsə də, iş prinsipi bir qədər fərqlidir. Son nəsil taksometrlər artıq sovet taksilərində gördüyümüz kimi avtomobilin sürət qutusu ilə əlaqələlndirilmir. Cihazlar elə layihələndirilib ki, avtomobilin elektrik sisteminə də müdaxilə edilməsin. Avadanlığı həm avtomobilin qabaq konsoluna, həm də salondakı güzgüyə quraşdırmaq mümkündür. Üstəgəl, bu taksometrlər siqnalı GPS-dən aldığı üçün məsafə daha dəqiq ölçülür. Məlumatlar onlayn rejimdə qeydiyyata alındığı üçün sürücünün iş və istirahət rejimi nəzarətdə saxlanılır. Polis, vergi və əmək müfəttişliyi avtomobili istənilən an sürücünün özünün də xəbəri olmadan yoxlaya bilir.

Qayıdaq yenidən Avropaya. Taksometrlərin qiyməti Almaniyada 600-1000 avro arası dəyişdiyi halda, qonşu Fransada ən ucuzu 1300 avro, İsveçrədə 2000 frankdır. Bəs onda nə üçün hamı gedib Almaniyadan almır? Bir halda ki, ölkələr arasında sərhəd yoxdur?

Cavab sadədir: hər ölkənin öz standartı və proqram təminatı var. Detal Almaniyadan alına bilər, lakin proqram təminatı yeri olmalıdır.  Buna görə də taksi sürücüsü aqreqatı istədiyi deyil, işlədiyi şəhərdən almalıdır. 

O ki qaldı, taksometr olmadan, qanunsuz sərnişin daşımağa, bunun da çarəsi tapılıb: adını çəkdiyimiz ölkələrdə küçədə taksiyə əl qaldırsanız belə heç kim saxlamayacaq. Bunun üçün ya sifariş vermək, ya da dayanacağa getmək lazımdır. Qanunsuz fəaliyyətin də sanballı cəriməsi var. 

Dünyada sınanmış bir təcrübə də var: Taksi xidmətində nizam-intizam yaratmaq üçün ilk növbədə ictimai nəqliyyat tənzimlənməlidir. O zaman elə taksi fəaliyyəti də öz-özünə tənzimlənəcək.

90-cı illərin ortalarında Bakıdakı zavodlardan biri taksometr hazırlamışdı – QAZ-53-ün spidometrindən və digər sovet avtomobillərinin detallarından istifadə etməklə. Hətta bu “ixtira” televiziyalara da çıxdı. Lakin o vaxt taksimetri heç kim “Tofaş”larda quraşdırmadı. Artıq rəqəmli texnologiyalar dövrü idi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh