Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini NECƏ ALDADIRLAR? - VİDEO

Son günlər sosial şəbəkələrdə dələduzluğun yeni bir növü geniş müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, taksi şirkətləri tərəfindən sertifikatsız və ya 2015-ci ildən köhnə modelləri olan avtomobillər bloklansa da, bəzi şəxslər bu qaydalardan yan keçmək üçün yeni fırıldağa əl atıblar.
Belə ki, cəmi bir neçə dəqiqəyə və müəyyən bir məbləğ qarşılığında köhnə avtomobillər sertifikatlı və 2015-ci ildən yeni görünür.
Sosial şəbəkələrdəki şərtlərə nəzər salanda bu xidmətdən istifadə etmək istəyənlərin çoxluğu diqqət çəkir. Görünür, qaydaları pozaraq qeyri-qanuni yolla işini davam etdirmək istəyənlərin sayı az deyil. Bu prosesin nə dərəcədə real olduğu isə hələlik sual altındadır.
"Sürücünün hesabı qeyri-qanuni formada bloklananda mütəxəssis problemin aradan qaldırılması üçün onun adından müraciət edir. Bu zaman araşdırma aparılaraq hesab analiz edilir və qeyri-qanuni fəaliyyətin olmadığı sübut edildikdə blokdan çıxarılır. Qeyri-qanuni fəaliyyət nəticəsində bloklanma olduqda isə bəzi şəxslər xüsusi manipulyasiyalar vasitəsilə sürücünün məlumatlarını başqa formada təqdim edərək bloku aradan qaldıra bilərlər. Lakin həmin şəxslər bunu çox vaxt insanları aldatmaq, pullarını mənimsəmək məqsədilə edirlər", - deyə İT mütəxəssis Əmrah Mövsümzadə mövzu ilə bağlı açıqlamasında deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








