Reklam

Bəzi sürücülük təlimçilərinin özünə təlim keçmək lazımdır - Görün nələr baş verir - VİDEO

Yazarlar 1 İyun 2021 20:21 Oxunub 5112
Bəzi sürücülük təlimçilərinin özünə təlim keçmək lazımdır - Görün nələr baş verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi təlimçilər sürücü hazırlayarkən kobud qayda pozuntularına yol verirlər. Məsələn, 2-3 dərsdən sonra tələbəni ümumi istifadədə olan yollara çıxarıb təhlükə yaradırlar. Əslində isə təlim qapalı zonada keçirilməli, sonradan isə tələbəni ümumi istifadə yola çıxarmaq lazımdır. Təlimçilər bəzən təlim zamanı tələbələrə səhv məlumatlar verir, qaydalara ziddi şeylər öyrədir, özləri də qayda pozurlar. Məsələn, özlərini sosial şəbəkələrdə reklam etmək üçün tələbəni və yolu unudub telefonla çəkiliş edirlər. Hansı ki, qanuna görə, təlimçi də sürücü statusundadır və sükan arxasında mobil telefonu əldə tutmaqla ondan istifadə etmək qadağandır.

Onlarla şəxs, xüsusən də xanımlar sürücülük vərdişlərinə yiyələnmək üçün öz təlimçisini internet üzərindən tapır. Bunun üçün isə xüsusi araşdırmaya ehtiyac yoxdur, sadəcə olaraq axtarış proqramı üzərindən bir neçə dəqiqəlik iş sənə cibinə uyğun və istədiyin markalı avtomobili olan təlimçini tapmağa kifayət edir. Tapırsan da. Amma necə təlimçi? O, təlimçidirmi?

Tapdığın təlimçiyə sənin yaşın və ya başqa məsələlər maraqlı deyil, əsas ödənişdi. Ödənişini et, otur sükan arxasına və çıx yola. Qəza törətməsən və həvəsli olsan bir həftəyə olacaqsan peşəkar sürücü.

Bəzi təlimçilər peşəkar sürücü hazırlaya bilmədiklərini etiraf edirlər. Onlar yalnız maşın sürməyi öyrədirlər. Amma Azərbaycanda peşəkar sürücü hazırlayan tədris müəssisələri də var.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, son vaxtlar dəb halını almış xanım sürücülərin əksəriyyətinin nə dərəcədə peşəkar olduğu hələ məlum deyil. Yəni qəzalar adətən onların iştirakı ilə baş verir. “O, xanımlar təlim keçərkən özləri bir də görürsən telefonla qurdalanırlar, başqa-başqa işlərlə məşğul olurlar, təlim keçdikləri xanımın foto və videosunu çəkirlər. Hansı ki, bu, belə olmalı deyil.

 

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, qanuna görə, real yol şəraitinə qədərki olan hissə qapalı meydançada olmalıdır, yəni ilkin vərdişlər tələbəyə avtodromda öyrədilməlidir. Qanun təlimçiyə aid olan tələbləri də irəli sürür.Təlimçinin minumum 5 il stajı olmalıdır. Üstəlik, hətta təlimçi statusu olmalıdır. Yaxşı olar ki, bu işi təkminləşdirmək üçün bizim ölkəmizdə həmin təlimçilərin özlərinin hazırlanması ilə bağlı iş görülsün.

Əslində, 2018-ci ildə Prezidentin təsdiqlədiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramına görə, bu məsələ həllini tapmalı idi. Yəni təlimçilərin peşəkarlıq səviyyəsi artırılmalı və bu işlə yalnız sertifikatı olan şəxslər məşğul olmalıdır. Amma görünən mənzərə fərqlidir. Bəs onda kimdir cavabdeh?

Ekspert Elməddin Muradlı bildirir ki, 3 ildir sürücülük vəsiqəsi alanlar bəzən başqasına təlim keçir. “Azərbaycanda belə halların qarşısı alınmalıdır. Bunu Nazirlər Kabineti, yol polisi və Təhsil Nazirliyi birgə həll edib bu cür xaotik vəziyyətə son qoya bilər”.

Yol polisi zabiti Mübariz Ağayev ərazidə xidmət aparan yol patrul xidməti inspektorları sürmə təlim nişanları ilə təchiz olunan nəqliyyat vasitələrini və həmin kursları əvvəlcədən müəyyən edir. Çünki onlar istənilən vaxt istənilən yerdə təlim vermək ixtiyarına malik deyillər. Ona görə də, əvvəlcədən ərazidə xidmət aparan inspektorlar tərəfindən müəyyən olunur və tanınır, öyrənilir. Lazım gəldikdə isə müvafiq sənədlər onlardan tələb olunur.

Sənədləri yerində olan təlimçilər və onların bu işlə məşğul olduğu avtodromlar paytaxtda var. Amma sayı kifayət qədər deyil. Burada hər şey qanun çərçivəsində həyata keçirilir. Sürücü olmaq istəyən şəxs əvvəlcə elmi biliklərə yiyələnir, daha sonra praktik təcrübə toplamaq üçün xüsusi simuliyatora əyləşir.

Bütün bunlar Bayıl qəsəbəsində, Yeni Salyan yolundakı Peşə Məktəbində vahid bir məkanda qapalı yerdə peşəkarlarla həyata keçirilir.

Bir sözlə, əsl sürücü olmaq üçün peşəni də peşəkarından öyrənmək lazımdır. Sonradan peşman olmamaq üçün...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh