Binədə yol problemi: "Nə taksi, nə də təcili yardım gəlir" - VİDEO

Binə qəsəbəsi, 179-cu küçə adlanan ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub. Sakinlərdən birinin sözlərinə görə, yaşayış məntəqəsinə yollardakı vəziyyətlə bağlı nə taksi, nə də təcili yardım gedir. "Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Bizim əks-küçəyə asfalt çəkilib. Bir bu yol qalıb", - deyə digər sakin qeyd edib.
Avtosfer.az-ın məlumatına görə, Xəzər Rayon İcra Hakimiyyətindən “Baku TV”yə bildirilib ki, qeyd olunanlarla əlaqədar Binə qəsəbəsi, 179-cu küçəsi də daxil olmaqla qəsəbə ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin dövlət investisiya proqramına əlavə olunması üçün müvafiq məlumatlar hazırlanıb və 15 aprel 2025-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib.
Daha ətraflı videomaterialda:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










