Banner

Binəqədi sakinlərini ölümə aparan yollar - VİDEO

Yazarlar 26 Fevral 2025 23:15 Oxunub 1202
Binəqədi sakinlərini ölümə aparan yollar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi rayonunda sakinlər yolların bərbad olmasından narazıdırlar.

Avtosfer.az xəbər verir ki, bu barədə rayon sakinləri “Baku.ws”in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mətbuat küçəsi (Binəqədi Olimpiya Kompleksin yanı) 10 gündən çoxdur yol qazılıb.

Qazıntı işləri aparılsa da, yol təmir olunmayıb və işlər yarımçıq qalıb. Nəticədə bütün günü qəsəbədə tıxac yaranıb. Bundan başqa, ərazidə tez-tez qəzalar baş verir.

Məsələ ilə əlaqədar lazımı qurumlara dəfələrlə bildirilsə də, əlac edən tapılmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh