Reklam

“Bir ciddi qaydanı dəfələrlə pozan sürücünün vəsiqəsi əlindən alınmalıdır” – Nəqliyyat EKSPERTİ

Yazarlar 30 Sentyabr 2022 15:44 Oxunub 1016
“Bir ciddi qaydanı dəfələrlə pozan sürücünün vəsiqəsi əlindən alınmalıdır” – Nəqliyyat EKSPERTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gündəlik həyatımızda qarşılaşdığımız tıxac problemləri, qanunsuz parklama məntəqələrinin artması, yol hərəkəti qaydaları gözlənilmədən sürülən maşınların çoxalması bizi uzun illərdən bəri sahib olduğumuz sürücülük ənənələrinin daha dolğun anlamda isə sürücülük mədəniyyətimizin sıradan çıxması ilə bağlı narahat etməyə başlayıb.

Bunu sübut edən əsas faktlardan biri də sürücülərə yazılan cərimələrin günbəgün artmasıdır. Bu kimi faktorlar həmçinin sürücülərdə tez-tez əsəb və gərginlik hallarının yaranmasına səbəb olur.

Vaxtaşırı baş verən qəzalar isə bizi ən qısa zamanda problemin həlli yollarını axtarmağa sövq edir. Məlumdur ki, sürücülük vəsiqəsi verilən zaman sürücülərin fiziki sağlamlıq durumu və sürücülük imkanları yoxlanılır. Bəs sürücülərin psixoloji vəziyyəti necə, yoxlanılırmı? 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücülük vəsiqələrinin verilməsi proseduru bütün ölkələrdə demək olar ki, eynidir, lakin Almaniya kimi ölkələrdə sürücülük vəsiqəsi almaq üçün tələb olunan praktiki məşqlər xeyli ağırdır: Azərbaycanda sürücülük məktəblərindəki nəzarəti gücləndirməyə ciddi şəkildə ehtiyac var. Orada keçirilən təlimlərin keyfiyyətinə diqqət yetirmək lazımdır. Daha çox avtomobil sürmə təcrübəsinin keçirilməsi lazımdır. Bəzən məktəblərdəki təlimçilər avtomobil sürmək üçün lazım olan qaydaları doğru şəkildə izah edə bilmirlər. Əsasən parklama və yol nişanları ilə bağlı sürücülərimizin ciddi şəkildə problemləri olur.

Psixoloji məqamlara gəlincə isə Azərbaycanda psixoloji problemi olan şəxslərə sürücülük vəsiqəsi verilməməlidir. Həkim müayinəsindən keçən zaman vətəndaşın psixoloji probleminin olub-olmamasına, onun sağlamlıq haqqında arayışına qol atan həkim məsuliyyət daşıyır. Sürücülük vəsiqəsi almaq üçün vətəndaşın mütləq şəkildə psixoloq və psixoteropevt tərəfindən yoxlanışdan keçməli olduğu ilə bağlı xüsusi bir tələb yoxdur.
Lakin sürücülük vəsiqəsinin verilməsi üçün vətəndaşı müayinə edən həkim onda psixoloji pozğunluq əlamətlərinə rast gələrsə, sağlamlıq haqqında arayış təqdim etməkdən imtina edə bilər”.
Ekspertin fikrincə, vətəndaş maşın idarə edən zaman bir qaydanı bir neçə dəfə pozursa sürücülük vəsiqəsi əlindən alınmalıdır:
“Bir qaydanı dəfələrlə pozması vətəndaşda fiziki və psixoloji problemlərin yaranmasından xəbər verir. Təsəvvür edin ki, bir şəxs dəfələrlə işıqforun qırmızı işığında keçir. Üç-dörd dəfə cəriməni ödəyəndən sonra yenə də bunu edirsə, demək ki, onun psixoloji problemləri var və yaxud da daltonizmə tutulmuş bir xəstədir. Belə şəxslərin sürücülük vəsiqəsinə xitam verilməli və həkimə gedərək yenidən müayinədən keçməlidirlər”.

 

Bizimmedia

ŞƏRH YAZ
Ad

E-mail

Şərh