Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - VİDEO

Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur.
Avtosfer.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısı qızının bu gün 15 yaşı tamam olacaq qızı Nigar Əsgərova həlak olub.
Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib.
Əməkdaşlarımızla həmsöhbət olan 41 yaşlı R.Əsgərov bildirib ki, hazırda yaralı olan anası və oğlunun 5 ailə üzvlərinin həlak olmasından xəbəri yoxdur.
Ailəsi məhv olan müsahibimiz onu da bildirib ki, Narinin atası hərbçi imiş: “Hələ də özünə gəlməyib, bütün günü Narinlə yoldaşının adını çəkir”.
Onu da qeyd edək ki, ötən gün Narinin dəfni zamanı ürəkləri dağlayan, kəfənə bükülən cəsədi ilə fotosu olan şəxs Rövşənin qardaşı Teymur Əsgərovdur...

Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











