“Biz yol hərəkəti qaydaları barədə nə bilirik?” - FOTO

İyulun 22-də Laçın rayon ictimaiyyətinin, o cümlədən Laçın rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində məlumatlandırma sessiyası keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilmiş məlumatlandırma sessiyası Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon məcburi köçkün icmalarında yol təhlükəsizliyi sahəsində aparılan maarifləndirmə kampaniyasının tərkib elementidir.
Tədbiri giriş sözü ilə açan “Həyat” Təşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov layihənin məqsəd və vəzifələri, onun mahiyyəti və zəruriliyi, həmçinin təmsil etdiyi təşkilatın yol təhlükəsizliyi sahəsində icra etdiyi proqramlar və gələcək perspektivləri barədə danışdı. Qeyd olundu ki, Azərbaycanda yol təhlükəsizliyinin təmin olunması sahəsində mövcud problemlərin effektiv şəkildə aradan qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir. Maarifləndirmə, məlumatlandırma, geniş aksiyalar və təlimatlandırma kimi məsələlər qeyri-hökumət təşkilatları tərəfindən uğurla yerinə yetirilə bilən işlərdəndir. Bu kimi işlər ictimaiyyətin geniş cəlb olunması şəraitində aparılmalı, əhalinin müxtəlif yaş qruplarını əhatə etməlidir. Məcburi köçkün icmalarında həmin tədbirlərin keçirilməsi ona görə mühüm əhəmiyyət kəsb edir ki, həmin icmalar adətən çox sürətli yollara yaxın ərazilərdə yerləşir ki, bu da məcburi köçkünləri bilavasitə təhlükə altına alır.
“Yol hərəkəti qaydalarına riayət olunmanın zəruriliyi və bu sahədə aktual məsələlər (problemlər və perspektivlər)” mövzusunda çıxış edən 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri, layihənin eksperti Fəridə Süleymanova müəllifi olduğu “Biz yol hərəkəti qaydaları barədə nə bilirik?” adlı kitab barədə danışdı və qeyd etdi ki, layihə çərçivəsində hazırlanmış əyani materiallar məcburi köçkün icmalarında yol təhlükəsizliyinin təmin edilməsinə, həmin ərazilərdə təhlükəsiz yollar mühitinin yaradılmasına xidmət edir.
İcra olunan layihəni və keçirilən maarifləndirmə tədbirlərini yüksək dəyərləndirən Laçın rayon icra qurumlarının nümayəndələrindən Həşim Mürsəlov, Rövşən Məmmədov, Polad Əzizov, Şamo Rəcəbov, Kəmaləddin Niftəliyev, Xəyyam Qasımov və digərləri yaşadıqları məcburi köçkün icmalarının yerləşdiyi ərazilərdə yol təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin keçirilməsi təklifi ilə çıxış etdilər. İrəli sürülmüş təkliflər toplanılmış və dərindən təhlil edilib. Tədbirin sonunda iştirakçıları sonrakı mərhələdə yaşadıqları icmalarda yayılması üçün əyani vəsaitlər (kitablar, bukletlər və plakatlar) paylanılıb.
Emin
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
















