Bu ərazilərdə siqaret kötüyünü yerə atmayın! – CƏRİMƏLƏNƏCƏKSİNİZ

Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılıb. Həmin qaydaya əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb. Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir. Bir çoxları isə bu qanunun sadəcə paytaxt ərazisini əhatə etdiyini, qəsəbə yaxud kəndlərə şamil olunmadığını zənn edir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, polis əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə ilə bağlı paytaxtda, eləcə də digər şəhər və rayonlarda nəzarət-profilaktik tədbirlər həyata keçirilir:
“Polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsinə, habelə ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.
Polis əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə ilə bağlı paytaxtda, eləcə də digər şəhər və rayonlarda nəzarət-profilaktik tədbirlər həyata keçirilir. İctimai yerlərdə, dayanacaqlarda, insanların sıx toplaşdığı ərazidə, həmçinin urnalardan kənarda tütün məmulatlarından istifadə edən şəxslər barəsində inzibati tənbeh tədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılır.
Bununla yanaşı tütün məmulatlarından istifadə edilərkən qalığını ətraf mühitə atmaq da qanunvericiliklə qadağandır. Bu qaydaya əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Ona görə də sağlam gələcək naminə hər kəsi sanitar-gigiyena qaydalarına riayət etməyə, ətraf mühiti və təbiəti təmiz saxlamağa dəvət edirik” (Yenisabah).
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











