Bu küçədə piyadaları Allah saxlayır - VİDEO

Yazarlar 23 Sentyabr 2014 22:42 Oxunub 2440
Bu küçədə piyadaları Allah saxlayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol gözəl, piyadalar isə ölümün bir addımlığında

Bakının bu küçəsi çox səliqəli və genişdir. Düzdür, burada da tez-tez tıxac olur. Çünki Heydər Əliyev və Babək prospektlərinə çıxış bu küçədəndir və bu səbəbdən burada nəqliyyatın hərəkəti intensivdir. Söbət Yusif Səfərov küçəsindən gedir. Amma bu küçədə çatışmazlıqlar da var. Məsələn, piyada keçidlərinin olmaması və ya lazımi yerdə olmaması problem yaradır. Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə tərəf olan istiqamətinə baş tərəf kimi yanaşsaq, burada müxtəlif iaşə obyektlərindən sonra Bakı şəhər Baş Polis İdarəsinin binası yerləhir. Daha sonra həmin istiqamətdə otel, «Azəriqaz» SC-nin binası, Leyla Şıxlınskaya Klinikası, M.Əfəndiyev adına Xəstəxana, Neftçilər Xəstəxanası, yolun əks tərəfində isə Ali Məhkəmə, Əmlak Məsələləri Dövlət Komitəsi və bir neçə ictimai iaşə obyekti, mağazalar fəaliyyət göstərir. Və bu idarə və müəssisələrə gələnlər yolu o tərəf-bu tərəfə keçərkən onları sadəcə Allah saxlayır. Burada hərəkət sürəti 60 km/saatdır və sürücülər də əksər hallarda 70-ə qədər sürəti artırırlar. Yalnız küçənin ortasındakı radar qurğusuna çatanda sürəti aşağı salıb keçib gedirlər və sonra yenə sürət artır. Bu isə piyadaların həyatını təhlükəyə atır. Təxminən 800-1000 metr məsafədə bir dənə də olsun piyada keçidi yoxdur. Keçid yalnız Doğum evinin qarşısındadır. İndi  təsəvvür edin ki, kimsə Baş Polis İdarəsindən çıxıb yolun əks tərəfinə keçməklə marşruta minib Heydər Əliyev prospektinə və ya Babək prospektinə getməlidirsə, bir kilometr yolu geri qayıdıb Neftçilər xəstəxənasının qarşısına gəlməli və buradakı dayanacaqda avtobusa minməlidir. Halbuki, elə BPİ-nin binasının qarşısında da avtobus dayanacağı var. O zaman sual yaranır, BPİ-yə yolun əks tərəfi ilə gələn adam həmin dayanacaqda düşərsə, yolu necə keçib idarəyə getməlidir? Və ya, Əmlak Komitəsinə gəlmək üçün BPİ-nin qarşısında düşən piyada yolu necə keçməlidir?

Qeyd etmək yerinə düşər ki, vaxtilə bu küçədə elə Əmlak Komitəsinin qarşısında piyada keçidi – zebra var idi. Lakin yol təmir olunduqdan sonra zebra yoxa çıxdı. Hansı ki, o vaxt bu zebkə küçənin tən ortasında olduğu üçün hər iki tərəfə getmək istəyən piyadalar üçün də əlverişli idi. Bəs, gəlin görək, bu vəziyyətdən çıxış yolu nədir? Nə etmək lahımdır ki, insanların rahatlığı təmin olunsun? Axı hər gün həmin küçədə yüzlərlə piyadanın həyatı təhlükə qarşısında qalır. Elə sürücülər də bu vəziyyətdən məmnun deyillər. Çünki 60-la gedən maşın bir gün sürəti azalda bilməyib kiminsə ömrünü yarıda kəsəcək. Odur ki, tezliklə bu vəziyyətdən çıxış yolu olmalıdır. Bu yol isə ondan ibarətdir ki, "Yol hərəkəti haqqında" Qanun piyadaların da rahat və təhlükəsiz hərəkətinin təmin olunmasını tələb edir. Ona görə də piyadaların yolu intensiv keçdiyi yerlərdə piyada keçidləri quraşdırılmalıdır. Lakin eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan küçədə eyni səviyyəli piyada keçidləri qoymaq kifayət qədər təhlükəlidir. Belə yerlərdə piyada vurulması, yaxud avtomobillərin toqquşması baş verir. Ona görə də belə küşələrdə imkan daxilində yeraltı və ya yerüstü piyada keçidləri yaradılmalı, yaxud da müvafiq normativlər nəzərə alınmaqla piyada keçidinə svetofor qoyulmalıdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh