"Bu necə sənaye şəhəridir ki, hamı oxumaq, işləmək, bazarlıq üçün Bakıya gəlir" - Ekspert
Bakıdadır. Dövlət tərəfindən təcili strateji planlar hazırlanmalıdır. Bölgələrdə iş yerləri açılmalıdır. İnsanlar bölgələrdən Bakıya axın etməməlidirlər. Sumqayıtın işləyən əhalisinin 30 faizi Bakıya gəlib-gedir. Hər gün 150 minə yaxın avtomobil Sumqayıt ərazisindən Bakıya daxil olur.
Eyni zamanda Qaradağ, Lökbatan, Hacıqabul və Şirvan istiqamətindən gələnlər də var. Bu yaxşı hal deyil. Bunu qarşısı alınamalıdır. İnsanlara “Bakıya gəlmə” qadağası qoyula bilməz. İnsanlar üçün elə bir şərait yaratmaq lazımdır ki, onlar Bakıya gəlməsin.
Sumqayıt sənaye şəhəridir. Bunun harası sənaye şəhəridir ki, insnalar oxumaq üçün Bakıya gəlir, işləmək üçün Bakıya gəlir, bazarlıq etmək üçün Bakıya gəlir. Bu problemin qarşısını almaq üçün bütün qurumları əlaqəli şəkildə işə salmaq lazımdır. Nəqliyyat elə bir sistemdir ki, burada bu və ya digər qurumların rolu olmalıdır. İqtisadi baxımdan, sosial baxımdan, nəqliyyat infrastrukturu baxımından əlaqəli olmalıdır” - deyə ekspert əlavə edib.
Ekspert bildirib ki, dəmiryol şəbəkəsinin inkişafı da çox zəif gedir. Onun fikrincə, dəmiryolunun inkişafı elə metronun inkişafı qədər zəifdir.
“Yalnız son günlər işğaldan azad olunmuş ərazilərdə dəmiryolunun bərpası ilə bağlı işlər sürətlənib. Qalan digər hallarda inkişafdan danışmaa ümumiyyətlə dəyməz. Sürət qatarı adı ilə Bakı-Sumqayıt qatarını işə saldılar. Bu, yaxşı göstəricidir. Amma baxın, Bakı-Sumqayıt üzrə hərəkət edən insanlar avtomobillə Dəmiryol stansiyasının ərazisinə gəlir, orada qatara minib Bakıya gəlir. Amma məsələnin digər tərəfinə baxın. Dəmiryol ərazisində parklama yerləri pulludur. Yəni bura maşınla da gəlmək çətinləşir. Bu, artıq düzgün deyil. O da düşünür ki, parklamaya verdiyim pula benzin alıb, elə maşınla gəlib gedərəm Bakıya. Beləliklə Bakıya gələn insanları məcbur edirik ki, maşınla gəlin. Bu kiminsə gözünə xırda element kimi görünə bilər, amma xırda element deyil. Bu barədə düşünmək, ciddi tədbirlər görmək lazımdır. Hər addımda 20-30 avtomobilin şəhərə girməsinin qarşısını ala bilsək, get-gedə rəqəmlər böyüyə və inkiaf gedə bilər” - deyə Elməddin Muradlı qeyd edib.
Ekspert hesab edir ki, aidiyyatı qurumlar bir-birilə səməri şəkildə əməkdaşlıq etmir. Hamının öz iddiası, düşüncəsi var. Bir-birini səhv etməklə günahlandırırlar. Belə problemlər inkişafa mane olur.
“Dövlət üçün işləmək lazımdır, şəxsi mənafe üçün deyil. Bakı şəhərində tıxacı-sıxlığı aradan qaldırmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır. Avtobusların sayı artırılmalı, sürücü peşəkarlığı artırılmalı, metro şəbəkəsi artırılmalıdır. Bu sahədə ciddi işlər görülməlidir”,- deyə Elməddin Muradlı əlavə edib.