Bu nömrələrdən gələn görüntülü zəngləri QƏTİYYƏN AÇMAYIN! - XƏBƏRDARLIQ

"Whatsappın yeni aktivləşən "ekran paylaş" funksiyası üzərindən kiberdələduzluq halları baş verir".
Avtosfer.az xəbər verir ki, bu sözləri İKT üzrə ekspert Elvin Abbasov öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Tanımadığınız nömrələrdən gələn görüntülü zəngləri qəbul etməyin:
"Belə ki, Whatsapp üzərindən müxtəlif xarici nömrələr ilə zəng edərək özlərini güc sturukturlarının əməliyyatçısı kimi təqdim edən dələduzlar, daha öncədən şəxsi məlumatları sosial mühəndislik yolu ilə əldə edilən vətəndaşa öz məlumatlarını təqdim edərək bank tətbiqinizə müdaxilə olub deyərək vətəndaşdan ekran görüntüsün paylaşmaqlarını tələb edirlər. Vətəndaş ekranı paylaşdıqdan sonra isə OTP kodu göndərilir və ekranda görünən kodu əldə edirlər. Dərhal vətəndaşın bank hesabına daxil olaraq mövcud vəsaiti və vətəndaşın adına kredit alaraq öz hesablarına köçürürlər.
E.Abbasov bir neçə telefon nömrəsi paylaşaraq bu kimi xarici nömrələrdən gələn görüntülü zəngləri açmamağı tövsiyə edib:
"Nömrələr tez-tez dəyişir. Bu nömrələrdən gələn zəngləri açmaq çox təhlükəlidir.
+35794064812
+94457002169
+94457993597".
Ekspert məsələ ilə bağlı ona artıq bir neçə nəfər müraciət etdiyini qeyd edib.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











