Bu nömrələrlə maşın sürənlər 100 manat CƏRİMƏLƏNƏCƏK

Xəbər verdiyimiz kimi, standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək. Bəs standartlara uyğun olmayan avtomobil nömrələri hansılardır?
Mövzu ilə bağlı Metbuat.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, nömrə standartı dedikdə, üzərində Azərbaycanın dövlət bayrağının təsviri, hərflər və rəqəmlər nəzərdə tutulur:
"Eyni zamanda defis işarəsi var, nömrəyə parlaqlıq effekti verir. Hansı ki aidiyyəti qurum bunu müəyyənləşdirib və belə olan halda saxta nömrələrdən istifadə edirlər. Yəni nömrə hardasa əzilir, onu düzəltmirlər. Ümumən bu standartları qorumaq hər birimizin borcudur. Çünki nəzərə almaq lazımdır ki, bunlar dövlət qeydiyyat nişanlı avtomobili digərlərindən fərqləndirmək üçün nəzərdə tutulub. Bu mexanizm normal vəziyyətdə olmayanda sözsüz ki, müəyyən problemlər yarada bilir. Məsələn, tanınmayan nömrə nişanlı avtomobil qəza törədir və heç kim onu aşkarlaya bilmir. Bu zaman ağır bir cinayətin və yaxud da bir neqativ bir halın qarşısı alınmır, cinayətin üstü açılmır. Buna görə nömrə standartı qorunmalıdır".

Onun sözlərinə görə, əvvəlki cəzalarda 60 manat, dörd bal nəzərdə tutulurdu. İndi bunun cəzası 100 manata qaldırılıb.
"Hər bir halda insanlar məsuliyyətli olmalıdırlar. Dövlət qeydiyyat nişanı avtomobili digərlərindən fərqləndirən bir mexanizmdir. Bunu normal vəziyyətdə saxlamaq da hər bir sürücünün borcudur", - deyə nəqliyyat eksperti bildirib.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










