Bu ölkədə polislər də təhlükəsizlik kəməri taxırlar - REPORTAJ

Yol hərəkəti qaydalarını yaxşı bilən və əməl edən, Avtosfer.az-ın daimi oxucusu Təbriz Yusubov bu yaxınlarda İsveçdə olub və orada yol hərəkəti qaydaları, yol hərəkətinin təşkili və sürücü mədəniyyəti ilə bağlı müşahidə etdiklərini bizimlə bölüşüb. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:
- Ölkəmizin avtomobil yollarında, hərəkətin təşkilində və şəhərsalma tikintisində çox ciddi problemlər var. Mən may ayında İsveçdə oldum. Həmin ölkədə qeyd etdiyim problemlərin heç biri yox idi. Orada piyada qismində gəzən zaman yolun hərəkət hissəsi ilə hərəkət etmək zərurəti yaranmır. Çünki şəhərin hər yerində piyadalar üçün səkilər və velosipedlər üçün yol var. Sürücülər və piyadalar çox intizamlıdır. Piyadalar keçiddən istifadə edən zaman səkidə dayanıb nəqliyyat vasitələrinin hərəkət sürətini qiymətləndirib sonra hərəkətə başlayırlar. Bütün sürücü və sərnişinlər nəqliyyat vasitəsində əyləşən zaman təhlükəsizlik kəmərindən istifadə edirlər. Hətta polislər də xidməti avtomobildə təhlükəsizlik kəməri taxırlar, özüm bunun şahidi oldum. İsveçdə kəmərdən istifadə etməməyə görə bizim pulla 300 manat cərimə olunurlar. Dayanma-durma qaydalarını pozanlar isə 200 manat cərimə olunurlar. Əsas məsələ odur ki, ölkə əhalisinin düşüncəsi, təfəkkürü yüksək səviyyədədir. Qanun qarşısında hamı bərabərdir. Ona görə də hamı intizamlıdır.
İsveçdə sensorlu svetoforlar mənim diqqətimi cəlb etdi. Bu svetoforun özəlliyi ondan ibarətdir ki, gecə vaxtı yolayrıcına yaxınlaşanda sənə qırmızı işıq yanırsa və yol boşdursa, svetofora yaxınlaşan vaxt yaxın işığı bir dəfə uzaq işığa keçirirsən (yəni «marqat» edirsən) digər yaşıl yanan istiqamətdə avtomobil yoxdursa svetoforun qırmızı işığı yaşıl işığa keçir ki, bu da vaxt itkisinin qarşısını almış olur.
Avtomagistralların hər bir girişində 5.1 nişanı var (bizdəkindən fərqli olaraq).
Avtomagistralın hər girişində 5.1 nişanı mütləq olmalıdır ki, həmin yola girən sürücü avtomagistraldakı tələblərə riayət etsin. Yolun şəraitinə uyğun hərəkət sürətini bildirən nişanlar hər yerdə var. Məsələn, avtomagistralda ən maksimum sürət 100 km/saat idi, ən minimum isə 50. Şəhərin mərkəzi yollarında sürət həddi aşağı idi (30-50 km/saat).
Yollarda bir dənə də olsun radar yoxdur. Heç kim hərəkət sürətini aşmır. Təsadüfi deyil ki, dünya statistikasına görə, qəzalarda insan ölümünün ən aşağı olduğu ölkə İsveçdir. Demək olar ki, burada qəza olmur. Olsa da yüngül qəzalardır…
Təbriz Yusubov
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...













