Bu ölkədə sürücü qıtlığı yoxdur – İŞİN PİS TƏRƏFİ

Rusiyada yük avtomobili sürücülərinin bolluğu yaranır. Amma bu heç də dünyanın ən böyük ölkəsində peşə məktəblərinin çox sayda sürücü hazırlaması və ya sürücüsüz avtomobillə daşımalara keçid səbəbindən baş verməyib. Vəziyyət başqadır.
Avtosfer.az xəbər verir ki, Rusiyada kiçik nəqliyyat müəssisələri və şəxsi yük avtomobili ilə pul qazananlar müflisləşir. Sürücülər mövcudluğunu saxlayan böyük firmalara üz tuturlar. Onların da vəziyyəti heç də ürəkaçan deyil. Özlərinin təbirincə desək, “yanacaq puluna işləyirlər”.
Lizinq, kredit, utilizasiya haqqı və sair artdığı üçün müflisləşmə dərinləşir. Proqnoza görə il sonunadək daşıyıcı şirkətlərin üçdə biri bazarı tərk edəcək.
Rəsmi məlumata görə artıq lizinq şirkətləri 25 min yük avtomobilini geri alıb. Qeyri-rəsmi statistika bunun 50 mindən çox olduğunu göstərir. Geri alınan maşınlar da tədricən metal tullantısına çevrilir.
Hörmətli oxucu deyə bilər ki, rusiyalı sürücülər də azərbaycanlılar kimi Polşada iş tapa bilərlər. Amma bizimlə rusların vəziyyəti fərqlidir. Əvvəla, Ukraynada müharibə başlayandan Rusiya vətəndaşları üçün Şengen vizası müşkülə çevrilib. İkinci isə, ruslara Polşada münasibət heç vaxt olmadığı qədər pisdir.
Vüqar
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











