Sentyabrın 17-də Bakı -Sumqayıt yolunda yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verən qəza bir daha sübut etdi ki, nəqliyyat sistemində ciddi problemlər var. Avtobus sürücülərinin bu məsuliyyətisizliyi dəfələrlə insan ölümünə səbəb olmaqla yanaşı, həm də onlarla sərnişinin yaralanmasına səbəb olur. Ümumilikdə bu ilin 8 ayında 500-dən artıq yol qəzası baş verib, təxminən 120 nəfər isə həyatını itirib. Bu qəzaların əksəriyyəti ictimai nəqliyyatla bağlıdır.
2015-ci ilin yanvar-sentyabrda baş verən qəzaların statistikası
BDYPI-nin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, bu ilin 8 ayında avtobusların iştirakı ilə 59 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 22 nəfər dünyasını dəyişib, 63 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayında 2 fakt artıb, ölü sayı isə 2 nəfər azalma müşahidə olunur.
Avtobusların iştirakı ilə baş verən qəzaların statistikası
Lakin Azərbaycanda nəqliyyatın problemləri tək sürücülərin avtobusları yüksək sürətlə idarə etməsi ilə bağlı deyil. Gündəlik olaraq paytaxt avtobuslarından istifadə edən sərnişinlər sürücülərin davranışlarından, avtobuslardakı sıxlıqdan , eyni zamanda bir çox nəqliyyat vasitələrinin yararsız vəziyyətdə və çirkli olmasından şikayət edirlər. Bəzi avtobuslarda isə daha çox sərnişin götermək məqsədilə oturacaqların bir hissəsi çıxarılıb.
Oturacaqların çıxarıldığı avtobuslar
Daha ciddi problemlərdən biri isə avtobusları idarə edən şəxslərin əksəriyyətinin digər sahələrdən gəlməsi , həmçinin ictimai nəqliyyatda sürücülüklə bağlı təcrübəsinin olmaması ilə əlaqədardır.
Xarici ölkələrdə isə ictimai nəqliyyatda sürücü olmaq üçün heç də asan deyil. Onlara qarşısında bir sıra ciddi tələblər qoyulur. Avropa ölkələrinin bir çoxunda ictimai nəqliyyatda sürücü olmaq istəyən şəxs bir neçə dəfə imtahan verməli, onun peşakarlığı fiziki və psixoloji durumu yoxlanmalıdır.
Sərnişinləri narahat edən ən vacib məsələrələrdən biri də avtobuslara həddindən artıq sərnişin götürülməsi və beləliklə sıxlığın yaranmasıdır. Sərnişinlərin sözlərinə görə bəzən avtobuslar elə dolu olur ki, hətta nəfəs almaq xeyli çətinləşir. Bunun səbəbini isə onlar avtobusların gec-gec gəlməsilə izah edirlər. Yəni növbəti avtobusun gec gələcəyini nəzərə alasn sərnişin işə gecikməmək üçün dolu avtobusa minmək məcburiyyətində qalır.
Nəqliyyat sahəsi üzrə ekspertlərin fikrincə əsas problem hazırda ictimai nəqliyyatın planla işləməsi ilə bağlıdır. Ona görə də onlar arasında interval böyük olur. Ekspert Ərşad Hüseynovun sözlərinə görə , ilk növbədə avtobuslar arasında interval vaxtı azaldılmalıdır.
" Bizdə sərnişın daşınmasında optimallıq yoxdur. Vətəndaş bir yerə getmək üçün 2-3 avtobus dəyişir, bu isə hər vətəndaş üçün səmərəli deyil. Marşrut sxemini elə düşünüblər ki, vətəndaşın deyil, daha çox sahibkarların maraqları qorunur. Atobusların sayının az olması interval sistemi böyük olmasına səbəb olur. Ona görə də sərnişin çoxluğunu nəzərə alaraq, xəttə əlavə avtobuslar buraxılmalıdır "-Ərşad Hüseynov əlavə edib.
Ərşad Hüseynov- Nəqliyyat sahəsi üzrə ekspert
Qonşu Rusiya da avtobuslar səhər saat 5-dən və axşam 23:00 qədər işləyirlər. Lakin Rusiyanın paytaxtı Moskvada gündüz avtobuslarından savayı, gecə avtobusları da işləyir. Qaydanı pozan sürücülər isə böyük məbləğdə cərimə olunur. Avtobuslar arasında interval isə bu Rusiyada avtobusların nömrəsindən asılıdır. Bəzi avtobuslar arasında interval 2-3 dəqiqə, bəzilərində isə 40-45 dəqiqə müəyyən edilib.
Moskva avtobusu
Almaniya vətəndaşları da heç bir nəqliyyat problemi ilə üzləşmir. Ölkədə ictimai nəqliyyat vaxtla işləyir, dayancaqda lövhə olur və orada marşrutun həm gəlmə vaxtı buradan asanlıqla görə bilərlər.
Almaniyada istifadə olunan avtobus
Nəqliyyat Nazirliyindən isə bildirilər ki, əslində avtobuslar arasında interval böyük deyil, amma xüsusilə səhər saatlarında sərnişinlərin sayının çox olması bu nəqliyyat vasitələrində sıxlığın yaranmasına gətirib çıxarır.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə bildirdi ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq avtobuslar xəttə hissə -hissə buraxılır.
"Elə avtobuslar var ki, onların arasında interval 2-3 dəqiqədir. Lakin, şəhərdə 4 milyon əhali var, nə qədər avtobus buraxılsa da, həmin vəziyyət qalacaq, hamısını daşımaq mümkün deyil"- deyə Namiq Həsənov əlavə edib.
Namiq Həsənov-Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Sürücülərin davranışına gəldikdə isə Namiq Həsənov bildirdi ki, onlara qarşı tədbirlər görünür. "Son illərdə yüzlərlə sürücü qaydalara əməl etmədiyinə görə işdən azad edilib, bəziləri isə hüquq mühafizə orqanlarına təhvil verilib. Amma hazırda biz bu cür problemlərin qarşısını almaq üçün sürücülərin ehtiyat bazasını yaratmağa çalışırıq."- deyə Namiq Həsənov bildirib.
Bu problemin həllini hamı gözləyir
Yazarlar
19 Sentyabr 2015 18:22
Oxunub 1817
Avtobus sürücülərinin ehtiyyat bazası yaradılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR