Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladı

İnsanların gündəlik həyatda yaşadıqları stresin böyük hissəsi də yolda keçən vaxtın payına düşür. Belə ki, insanlar diskomfort şəraitdə evə getdikdə və ya yolda tıxacda qaldıqda həddən çox gərildiklərini söyləyirlər. Vəziyyətdən ən çox narazı olanlar isə ictimai nəqliyyatdan istifadə edən şəxslərdir. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “MediaPost”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı insanların yolda keçirdikləri stresin səbəblərini izah edib.

O bildirib ki, yorğun insanlarda ən adi hallara qarşı dözümsüzlük yaranıb: “İnsanlar arasında aqressiya artıb, empatiya bacarığı çox aşağı düşüb. Bununla əlaqədar olaraq yolda keçirdikləri stresi qabartmaları normaldır. Əslində, daxilən sevgisizlikdən, mənəvi aclıqdan yaranan boşluq qıcığa qarşı reaksiyanı gücləndirir. Belə şəraitdə olan insanlar yolda tıxac əmələ gələndə, ictimai nəqliyyatda sıxlıq olanda və s. hallarda əsəbiləşirlər".
Ekspertin fikrincə, sözügedən problemlərin aradan qaldırılması üçün ictimai nəqliyyatda yeniliklər tətbiq edilməlidir: "Ümumiyyətlə, yeniliklər kütlə tərəfindən gec qəbul olunsa da, komfort şəraiti təmin edildikdən sonra müsbət qarşılanır. Təbii ki, yeni marşrutların istifadə, ictimai nəqliyyatda kart sisteminə keçidlə əlaqədar nizam-intizamın yaradılması, avtobusların təmizliyi və s. bu kimi detallar insanların özünü rahat hiss etməsinə səbəb olur. Bu da dolayı yolla onların gündəlik həyatında müsbət istiqamətdə dəyişikliklərlə nəticələnir. Bu gün paytaxtda ictimai nəqliyyatda tətbiq olunan yeni qaydalar kütlə tərəfindən tam şəkildə qəbul olunmasa da, bir müddət sonra insanlar buna alışacaq və bu sistemli həyat onlara müsbət təsir edəcək”.
Xatırladaq ki, bu yaxınlarda 300 yeni avtobus alınaraq ölkəmizə gətirilib və hazırda onların müntəzəm marşrut xətləri üzrə istismara verilməsi işləri gedir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












