Bu qərar yollardakı sıxlığı məhəllələrə daşıdı – EKSPERTDƏN TƏNQİD

Rəsmi ödənişli parklanmadan sonra müəyyən haqlı narazılıqlar yaranıb. Park yerlərinin ödənişli olması bir çox sürücünün avtomobilini məhəllələrarası yollarda, binaların həyətində saxlaması halları artıb. Bu da ara yolları, məhəllə və binaların həyətlərində sıxlığa, problemə səbəb olub.
Mövzu ilə bağlı tribunainfo.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu kimi qərarlar verəndə hərtərəfli öyrənilməli və sonra qərar verilməlidir. Ekspertin fikrincə, səhv ondan ibarətdir ki, bu qadağaları tətbiq edərkən sürücülərin alternativ olaraq nə addım atacağını hesablamamışıq:
“Qərardan sonra məlum olur ki, indi sürücülər məhəllələrə, ara yollara üz tutublar. Bu da məhəllələrdə, bina həyətlərində haqlı narazılıq yaradır. Heç kəs həyətində, məhəlləsində sıxlıq arzulamır. Gəzinti, oyun üçün yer olmalıdır. Yollardakı problemi, sıxlığı daşımışıq məhəllələrə, həyətlərə.
Bu prblemlər o qədər bir-birinə bağlıdır ki, birini həll edəndə, digəri yaranır. Çünki köklü şəkildə həll yolu tapılmalıdır.
Sürücülərə şərait yaradılmalı idi, güzəştlər olmalı idi. Hər halda, məhəllələrdə avtomobil saxlayanlar yaxın yerdə işləyənlərdi ki, buna məcbur qalıblar. Həmin sürücü nə etsin bəs? Başqa yol qoymayıblar axı onlara. Dəfələrlə bildirdik ki, ərazidə işləyənləri nəzərə alın. 8-10 saat işləyən adam iş çıxışı parklanmaya görə niyə 10 manat ödəməlidir ki? Bu aya nə qədər edər?”.
E.Muradlı bildirib ki, uyğun variant kimi ictimai nəqliyyatı təklif edirlər ki, hamı işə marşrutla getsin. Ancaq bərbad vəziyyətdə olan ictimai nəqliyyat sistemi çıxış yolu deyil:
“Avtobusların sayı azdır, metro stansiyalarının sayı kifayət etmir. İctimai nəqliyyat boğaza qədər problemin içində ola-ola işə avtomobili ilə gedən adamı necə məcbur etmək olar ki, işə avtobusla get.
İctimai nəqliyyatı inkişaf etdirib sonra bu qərarları verməli idilər. Hesab edirəm ki, rəsmi ödənişli parklanma məsələsinə bir daha baxılmalıdır. Güzəştlər olmalıdır”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











