Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK? - AÇIQLAMA

Sürücülük vəsiqəsinin verilməsinə görə İQ testi edilməsinin Azərbaycanda gündəmə gələcəyini düşünmürəm. Bizdə sürücülük üçün imtahan sistemi, tibbi arayış və təlim prosesi tətbiq olunur. İQ testi sürücülük qabiliyyəti ilə birbaşa bağlı deyil.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Türkiyədə sürücülük vəsiqəsi almaq üçün İQ testi tətbiq ediləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib.
Ekspert bildirib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş əvvəlcə sürücülük kursuna yazılır, daha sonra təlim keçərək imtahana buraxılır. İmtahandan əvvəl isə müvafiq tibbi arayış tələb olunur:
“Əgər vətəndaşın hər hansısa psixoloji problemi varsa, nə təlimə, nə də imtahana buraxılır. Bu, artıq sistem daxilində nəzərə alınır. Zehni gərginlik və reaksiya zəifliyi isə hər insanda ola bilər. Hətta İQ səviyyəsi yüksək olan şəxslərdə belə bu hallar müşahidə oluna bilər. Bu səbəbdən İQ testi ilə sürücülük qabiliyyətini ölçmək yanlışdır”.
Qeyd edək ki, Türkiyədə qəbul edilən yeni qaydalara əsasən, sürücülük vəsiqəsi almaq istəyənlərin İQ səviyyəsi 79-dan aşağı olmamalıdır.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










