Bu sürücülər lisenziya almaqdan azad edildi – FƏRMAN VERİLDİ

Prezident İlham Əliyevin dünən imzaladığı Fərmana əsasən ölkəmizdə avtomobil nəqliyyatı ilə istər ölkədaxili, istərsə də beynəlxalq sərnişin və yükdaşıma fəaliyyəti üçün lisenziyalaşdırma ləğv olundu. Avtosfer.az-ın məlumatına görə, yəni bundan sonra həmin fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər lisenziya almayacaqlar. Lakin bu heç də o demək deyil ki, həmin fəaliyyətlə istənilən şəxs necə gəldi məşğul ola bilər. Bu fəaliyyətlə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra şərtlər var ki, həmin şərtlərə mütləq riayət edilməlidir. Şərtlər isə başlıca olaraq bunlardır:
1. Taksi fəaliyyəti, habelə avtobus və yük avtomobilləri ilə kommersiya məqsədli sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər vergi orqanlarında və Dövlət Sosial Müdafiə Fondunda uçota durmalıdırlar. Onlar Vergi Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş vergini ödəyərək hər ay «fərqlənmə nişanı» almalıdırlar.
2. Taksi kimi istifadə olunan minik avtomobili, habelə avtobus və yük avtomobili texniki cəhətdən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülər də qanunvericiliyin tələblərinə uyğun olmalıdırlar. Məsələn, taksi kimi istifadə olunacaq avtomobil üçün standart tələblər bunlardır:
- taksi minik avtomobilinin damında «taksi» tanınma nişanı olan müvafiq fənər olmalıdır;
- hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır;
- hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır;
- taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır;
- taksi-minik avtomobilində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkili və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır;
- taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır.
Yük avtomobilləri və avtobuslar da həm texniki təchizatına görə, həm də təhlükəsizlik baxımından qanunvericiliyin tələblərinə uyğun olmalıdır.
3. Müntəzəm sərnişin və baqaj daşımalarında istifadə olunan avtobuslar yalnız konkret müəyyən olunmuş hərəkət cədvəlinə və hərəkət sxeminə uyğun fəaliyyət göstərə bilər. Bu o deməkdir ki, məsələn, avtobusun sahibinin həmin marşrut üzrə hərəkət üçün qanunvericiliyə uyğun bağlanmış müqaviləsi olmalıdır və o, müqavilə şərtlərində göstərilən marşruta və vaxt rejiminə riayət etməklə hərəkət etməlidir və s.
Beləliklə, göstərilən fəaliyyət üçün lisenziyanın ləğvi bu sahədə çalışmaq istəyənlərin işini bir qədər asanlaşdırmağa yönəlib. Amma həmin fəaliyyət qanunverciliyin bütün tələbləri gözlənilməklə yerinə yetirilə bilər. Nəzərə almaq lazımdır ki, taksilərin, avtobusların və yük avtomobillərinin fəaliyyətinə, xüsusən də yol hərəkəti qaydalarına riayət edilməsinə, müvafiq daşımaları qanunvericiliyə uyğun icra etməsinə nəzarəti əsasən Dövlət Yol Polisi həyata keçirir. Bu sahədə qanunvericiliyin pozulmasına görə konkret cərimələr nəzərdə tutulur. Ona görə də hər kəs öz fəaliyyətində qanunveciliyə riaəyət etməlidir ki, cərimə ödəyəsi olmasın.
Ərşad Hüseynov,
hüquqşünas
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










