Bu taksi şirkətləri CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

“Əgər müştərilər taksi sifariş verdikləri zaman onlara mesaj vasitəsilə haqqında məlumat verilən avtomobilin yerinə başqası gəlirsə, bu, artıq taksi operatorunun problemidir. Bu hal taksi şirkətlərinin mövcud qanunvericiliyi kobud qaydada pozması deməkdir”.
Avtosfer.az xəbər verir ki, bunu “TNS”ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib. O qeyd edib ki, bu halla qarşılaşan vətəndaşlar istehlakçı hüquqlarının pozulması ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayət edə bilər.
Taksi xidməti sahəsində son dövrlər aparılan tənzimləmələrin effekt verib-verməməsi məsələsinə gəlincə, ekspert bildirib ki, aparılan işlər qismən effekt verir:
“90-100 faiz nəticə əldə etmək, taksini birdəfəlik olaraq keyfiyyətli və təhlükəsiz etmək üçün əsas məsuliyyət taksi şirkətlərinin üzərinə düşür. Əgər taksi şirkətləri bu qaydalara əməl etməyəcək, qanunları, sürücülərin hüquqlarını pozmaqda, sərnişinləri aldatmaqda davam edəcəklərsə, problemin həlli çətin olacaq. O zaman müvafiq qurumlar da məcbur olacaq ki, həmin taksi şirkətlərinə qarşı daha böyük sanksiyalar, böyük cərimələr işə salsın”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










