Bu yerlərdə taksi sifariş etmək nəqliyyatın hərəkətinə mane olur? – AÇIQLAMA - VİDEO

Hazırda Bakıda dayandığımız istənilən nöqtədən taksi sifariş verə bilirik. Təbii ki, bu, sərnişinlər üçün nəqliyyatın əlçatanlığı deməkdir. Amma bu vəziyyət nəqliyyatın hərəkətində ləngimələr də yaradır.
Çox vaxt dayanma-durma qadağan olunan ərazilərdə də mobil tətbiqlə taksi sifariş edirik. Bu isə nəqliyyatın rahat hərəkətinə mane olur və onsuz da səhərdən axşama qədər tıxac olan şəhərdə sıxlığı bir az da artırır.
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, bir çox ölkələrdə sərnişinlərin taksini dayanma-durma qadağan olunan ərazilərdə sifariş verməsi qadağandır. Ekspertin sözlərinə görə, bu qayda bizdə də tətbiq oluna bilər. Ya da avtobus dayanacaqlarına taksilərin də girişinə icazə verilməlidir.
Ekspert bildirir ki, digər bir çıxış yolu isə taksi duracaqlarının yaradılmasıdır.
Qeyd edək ki, bir neçə il əvvəl Bakı şəhərində onlarla taksi duracağı var idi. Lakin Bakı Nəqliyyat Agentliyi o zaman həmin duracaqlarını ləğv etdi. Ötən 7-8 ildə isə yeni taksi duracaqlarının yaradılacağı barədə anonslar verilsə də, heç bir nəticə olmadı.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











