Bu yol bərbad vəziyyətdə olduğu üçün avtobus işləmir - VİDEO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əcəm Naxçıvani küçəsinin yolları bərbad vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yol bərbad vəziyyətdə olduğundan bu ərazidən keçən avtobuslar da artıq yarıyoldan qayıtmağa məcbur olurlar.
Onlar deyirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də yolun vəziyyəti dəyişilməz olaraq qalır.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılaraq növbəti günlərdə açıqlama veriləcək.
Avtobusların sözügedən əraziyə girməməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən ərazidə yolun 900 metrlik hissəsinin qənaətbəxş olmaması və hərəkət təhlükəsizliyinin aşağı səviyyədə olması avtobusların nizamlı fəaliyyətinə təsir göstərir və nəqliyyat vasitələrinin mütəmadi sıradan çıxmasına səbəb olur. Yol infrastrukturu bərpa edildikdən sonra marşrut avtobusu köhnə sxem üzrə fəaliyyətini davam etdirəcək.
Ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











