Bu yolun sağ zolağı bir dərddir, solu isə ayrı: Sürücüyə cərimə yazılmamalıdır - VİDEO

Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsinin yararsız hala düşməsi nəqliyyat vasitələrinə zərər vurur. Avtosfer.az-ın məlumatına görə, yolun sağ zolağı aşınıb və istifadəyə qismən yararlıdır.
Həm yoldan keçən nəqliyyat vasitələri zərər görür, həm də insanların həyatı üçün təhlükə yaranır. Sürücülər sol zolaqla getmək istəyəndə isə cərimə tətbiq edilir.
Bəs bu məsələ necə tənzimlənməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə hallarda sürücüyə cərimə yazılmamalıdır.
Hüquqşünas Şamil Paşayev isə deyir ki, bu yolda hərəkət edənlər məcburiyyətdən sol zolağa keçiblər və bu səbəbdən cərimələniblərsə, məhkəməyə müraciət edə bilərlər.
“Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.
Ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










